İnternet resurslarından istifadə edə bilməyənlər ac qalmamalıdır

Onlayn sistemi ilə kim zirəng tərpənərək Heydər Əliyev Fonduna müraciət edibsə, Mənzil İstismar sahələrində vətəndaşlara Qurban payı verirlər. Kim bu internet resurslarından istifadə edə bilmrsə, bu paydan məhrum olunurlar. Əslində isə Heydər Əliyev Fondu əgər yardım edirsə, əhalinin az təminatlı vətəndaşları da nəzərə alınmalıdır. Nə qədər insanlar ərazi üzrə MİS – nə müraciət edirlərsə, adları siyahıda yoxdirsa , əliboş geri qayıdırlar .
Pandemiya dövründə evdə qalırıqsa, dövlət vətəndaşlarına sahib çıxmıalıdir .
Belə olan halda imkanlı insanlar internetdən istifadə edir, kasıblar isə internet pulunu verə bilmədiklərinə görə bu imtiyazlardan istifadə edə bilmrlər.
Bu da əhali arasında narazılıqlar yaradır. Əslində isə Fondun on minlərlə könüllüləri bu xeyirxah missiyaya qoşulmaqla evdən çölə çıxa bilməyən əlilləri, xəstələri, imkansız insanları da nəzərə almalıdirlar. Nə yaxşı ki, Adil Əliyev kimi millət vəkilləri var. Bu gün M. Əlizadə küçəsində yaşayan sakinlər bu gün mənzillərində qazan qaynayacaq, qəlblər sevinəcəkdir .
Evdə xəstə yatan ailələrə qurban payı verərkən necə sevinirdilər.
Dövlətimizin isə imkanları daha genişdir. Gərək bu incə mesələr nəzərə alınmaqla axsaq insanlar nəzərlərdən kənarda qalmayaydı.
Allahdan arzu edirəm ki, ordumuz Qarabağda zəfər çalsın, biz də doğulduğumuz Ağdamda, eləcə də Şuşada, Qubadlıda, Kəlbəcərdə qurbanlar kəsək, hər kəsi sevindirək . İnşallah .
Rauf İlyasoğlu,

Alət çubuğuna keç