Taxılçılığın inkişafını artirmalıyıq

Buğda əkmək bol – bərəkət, ruzi deməkdir. Taxıl əkən, becərən insanlara isə dədə – babadan ” çörəkli kişilər ” deyirlər.
Ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın inkişafı dövlətimiz tərəfindən daim diqqət mərkəzindədir.
İmişi torpağı əkin üçün yararlı və bərəkətli diyardır. Hər dəfə kəndləri gəzərkən bir birinə boy verən kəhrəba zəmiləri görərkən ürəyim dağa dönür.
Sünbüllər elə ki yetişib əmələ gəldi, dərhal , vaxt itirmədən taxıl biçini başlayır. Hava şəraiti də nəzərə alınmaqla taxıl tez bir zamanda bicilir ki, itkiyə yol verilməsin.
Fermerlər və taxilçılar həvəslə işə can yandırır və yüksək keyfiyyətli məhsul əldə etmək üçün əzmlə çalışırlar.
İmişli rayonunda fəaliyyət göstərən” Muğan Aqro-;Serviz ” MM C – nin fəaliyyəti hər kəsi sevindirir. MM C – min rəhbəri vətənpərvər və qayğıkeş ziyalı Rəcəb Orucov, istehsalat rəhbəri isə Rəsul Əsgərovdur. Taxılçılığın inkişafı ilə əlaqədar ” Muğan Aqro- Serviz” MMC – nin fəaliyyəti əsl nümunədir.
Bu il İmişli rayonunun Əliqulular kəndinin ərazisində MMC rəhbərliyi tərəfindən 160 ha sahədə buğda, 35 ha sahədə arpa, 250 ha sahədə qarğıdalı , 167 ha sahədə isə çuğundur əkilmişdir.
Yuksək dən məhsulu əldə etmək üçün vaxtlı vaxtında suvarma, yemləmə, gübrələrin verilməsi həyata keçirilmiş , xəstəlik və zərərvericilərlə mübarizə aparılmış , sahələr vaxtında, mütəmədi olaraq alaq otlarından təmizlənmisdir.
Aqrotexniki qaydalara düzgün və vaxtında əməl olunması nəticəsində yüksək və keyfiyyətli məhsul əldə edilmişdir .
Taxıl vaxtında yığılaraq MMC- min tikdirdiyi Göbəktala kəndindəki anbara yığılir.
Ölkə Prezidenti İlham Əliyev cənabları çıxışlarında dəfələrlə vurğulamışdır ki, əhalini ərzaq məhsulları ilə təmin etmək üçün kənd təsərrüfatının , xüsusilə taxılçılığın inkişaf etdirməsi ən vacib və prioritet məsələlərdən biridir. Odur ki, dövlətimiz tərəfindən fermerlərə hər cür diqqət və qayğı göstərir.
Biz də Muğan Aqro-:Serviz” MMC – nin rəhbərlərinin təşkilatçiliq qabiliyyətlərini yüksək qiymətləndirir, MM C- min rəhbəri Rəcəb Orucova, istehsalat müdiri Rəsul Əsgərova, bir sözlə ərzaq proqramının həyata keçirilməsində əməyi, zəhməti olan hər kəsə təşəkkürümüzü bildiririk.
Üzünüz həmişə gülsün əziz taxılçılar.

Müşviq Həsənli,
” Həkəri ” qəzetinin bölgə müxbiri

Alət çubuğuna keç