Dövlət vətəndaşına sahib çıxmalıdır

Üç övladı olan bir ailənin normal yaşaması üçün orta dolanışıq həddi bazarda qiymətlərin artan tempi nəzərə alınmaqla necə müəyyənləşdirilir?
Əgər bir vətəndaşın normal qidalanması, kommunal xərcləri , tibbi müayinəsi , nəqliyyat ,internet , rabitə , təhsil, istirahət , müalicə və sair xərcləri də nəzərə alınarsa, onda bir ay normal dolanışığı üçün hər bir vətəndaş nə qədər əmək haqqı və ya pensiya almalıdır?
Pandemiya dövründə az təminatlı hər bir ailə dövlət yardımı almalıdır. Əhalinn yarı faizi internet resurslarından, onlayndan istifadə edə bilmirsə, dövlət qurumları vətəndaşları niyə çətin duruma salır?
Dövlət statistika komitəsi və Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi orta əmək haqqı həddini hansı meyarlarla hesablayırlar ?
Statistika komitəsi hesablamağa məcburdur ki, 200 manat pensiya alanlae pensiyaçıların neçə faizini təşkil edir, 2000 və ya 3000 manat pensiya alanlar neçə faizini ?
Pensiya hesablayanlar 200 manat alan vətəndaşların pensiyasını qatırlar 3000 manata və orta rəqəm çıxardaraq Prezidentə məruzə edirlər. Prezident isə etibar etdiyi nazirliklərin statistik məlumatlarını efirdən bəyan edir.
Amma Prezident tabeliyində olan yırtıcı məmurlara sual vermir ki,200- 250- 300 manat pensiya alanlar nə qədərdir?
2000- -3000– 4000 manat pensiya və ya əmək haqqı alanlar nə qədərdir?
Əgər bu incə məsələlər aydınlaşdirılsa, işləməyən vətəndaşlar da nəzərə alınsa, onda 300 manata qədər pensiya və ya əmək haqqı alan vətəndaşlar neçə faiz təşkil edər?
Bu məsələyə niyə aydınlıq gətirilmir?
Pandemiya dövründə 190 manat müavinət almaq üçün müraciət edənlərin sayı üç milyonu ötürsə, onda ölkədə işləyən vətəndaşlar əhalinin neçə faizini təşkil edir?
Uşaq pulu verə bilməyən ölkəmizin nazirliklərində rüşvətxorluq, korrupsiya və yeyinti halları kütləvi hal alıb. Əgər Mədəniyyət nazirliyi fəxri adları pulla satırsa, əməkdar jurnalist almaq üçün vaxtı ilə bu sətirlərin müəllifi olan jurnalistdən 3 min manat tələb olunursa, bu nə deməkdir? Biz hara gedirik? Elə bilməyin ki, dövlətdən nə mənzil, nə də mükafat istəyirəm . Sadəcə torpağımızın azadlığını istəyirəm.
Mənim ən böyük mükafatım doğulduğum məkana sahib olmaq və erməni- rus hərbi birləşmələri tərəfindən 30 ildir ki, işğal altında inləyən Qarabağımızın və ona bitişik ətraf rayonlarımızın əsarətdən azad olunmasıdır.
Əgər bir ölkənin xarici işlər naziri öz ana dilini bilmirsə, oğluna düşmən ölkənin vətəndaşının qızını alaraq Amerika kimi dövlətdə milyonlarla dəyərində olan villa alırsa , bu xarici işlər naziri Azərbaycanın xeyirinə hansı işləri görə bilərki?
Bəs onda belə bir yaramaz adamı uzun illər vəzifədə saxlamaq kimlərə sərf edirdi ki?
Boz kordinal təxəllüsü qazanmış Prezident administrasiyasına rəhbərlik etmiş və akademik titulu qazanmış Ramiz Mehdiyev ölkəni rüşvətxorluq girdabına düçar edibsə, bəs onda bu günlərdə Respublika qəzetində AMEA- na rəhbərlik edən bir adamın təşkili , tərifli yazısını çap etniş yaltaq mediya rəhbərliyi Akademiyanın Prezidentindən yararlanmaq məqsədi güdmürmü?
Nərimanovşünas alimin AMEA – na müxbir üzvu qəbul olunması üçün vaxtilə keçmiş Prezident administrasiyasınin rəhbəri ilə , eləcə də prezidentin keçmiş köməkçisi olmuş Əli Həsənovla düşmən münasibətdə olan baş redaktorun birdən birə keçmiş boz kordinalın razılıgını alaraq onun imzasıyla təşkili yazılar yazdırması məddahlığın barız nümunəsi deyilmi?
Respublika qəzetində işlədiyim on il ərzində vaxtilə sələmçi bankları və ANS kanalı rəhbərliyinin ikiüzlü simasını ” Həkəri” qəzetində tənqid etdiyim üçün dövlət qəzeti rəhbərliyi tərəfindən sıxma, boğmaya salınmağım mənə qarşı haqsızlıq deyildimi? Prezidentin məddah jurnalistlərdən bilirəm ki, xoşu gəlmir.
Milyonlarla dövlət malını həzm rabedən keçirdən vəzifə sahibləri məsuliyyətə cəlb olunmur, amma cibinə iki qram anaşa qoydurulan insanlar şərlənərək həbsxanalarda çürudülür. Bu haqsızlıq nə vaxta qədər davam edəcəkdir?
Bir vətəndaş olaraq hər birimizin normal yaşamaq hüququmuz var.
Müstəqillik o demək deyil ki, bir məmur balası bir milyon dəyərində ayı kəsdirib boğmalana və ya digər məmur balasının iki milyon dəyərində olan saatını xarici ölkədə əlindən alalar, hələ digər məmur balalarının hoqqalarını demirəm , amma mənim kimi ikinci qrup əlil, 15 kitab yazmış, Azərbaycan həqiqətlərini dünyaya yayan və ermənilərin məkirli və alçaq simalarını ifşa edən , bu gün iş tapa
bilməyən bir şair- jurnalist, iki övladının nəinki təhsil haqqını, hətta dolanışığıını da təmin edə bilmirsə, dövlət vətəndaşına beləmi sahib çıxır?
500 dən çox elmi, dini, tibbi, fəlsəfi, tarixi, publisistik və şeirlər kitablarımın redaktoru, məsləhətçisi və ön söz müəllifi olmuş , İran, İraq, Türkiyə , Rusiya, Hollandiya, Misir mətbuatında şeirləri və məqalələri dərc olunmuş, 1975- çi ildən mətbuat sahəsində imzam görsənən, eyni zamanda ermənilərin iç üzünü açan kitabların müəllifi olaraq 30 ilə yaxın kommunal məhdud şəraitli 37 kv m .mənzildə beş nəfər ailə tərkibiylə yaşadığım halda məddah yazarlara mənzillər verən Əli Həsənovlarin , Vüqar Səfərli və digərlərinin cinayət əməlləri ,talançılıq bacarıqları bu gün üzə çıxır.
Xarici ölkələrdə təhsil almış Azərbaycanlılar niyə vətənə qayıtmaq istəmir ?
Hansı nazirliklərə baş vururlarsa rüşvətxorluqla qarşılanırlar. Odur ki Prezident çox ciddi tapşırıqlar verib. Rüşvətxorluğun, oliqarxlaşmanın, qohumbazliğın, dələduzluğu kökü kəsilməkdə, biz bir addım da qabağa gedə bilməyəcəyik.

Rauf İlyasoğlu.

Alət çubuğuna keç