YENİ TƏHSİL NAZİRİ TƏYİN OLUNDU – Emin Əmrullayev kimdir? (Yenilənib)

Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Bildirək ki, Emin Əmrullayev peşəkar Təhsil işçisi kimi tanınır.

Təhsil Nazirliyində Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışdığı zaman islahatçı və peşəkar kadr olaraq yadda qalıb.

Sonradan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin olunub.

2016-cı ilin aprelindən Təhsil Problemləri İnstitutunun (TPİ) direktorunun səlahiyyətləri Emin Əmrullayevə həvalə olunub.

AzPolitika.info

Alət çubuğuna keç