«Yelo» Bank milləti yola-yola gedir, yoxsa yola verir?!

Nikoil Bank rebrendinq prossesinə başladı və bu yenilik öz əksini bankın adında, müştərilərə göstəriləcək xidmət səviyyəsində və bankın yeni filiallarının artımında tapacaq. Bankın yeni adı Yelo – ingilis sözü Yellow-nun (sarı) stilizə olunmuş təsfiridir.

Yeni ad göstərilən bank xidmətlərinin fərqli bir yanaşmasını, rəngarəngliyini, rahatlığını simvollaşdırır və Parlaq Bankçılıq şuarı altında həyata keçir. Sarı rəng həmçinin bankın yeni korporativ stilinin rəmzidir. Yeni Yelo Bank daha da parlaq, çevik, sürətli, rahat anlaşılan, etibarlı və ən əsası da dostсasına rəftar edən bank olacaq. Bankın yeni baxışı Azərbaycan sakinlərinin bank təcrübəsini yeniləyərək onların daha böyük nailiyyətlər əldə etmələrinə köməklik göstərməyi nəzərdə tutur.

Yeni ada və korporativ stilə keçid tədricən baş tutacaq və gələn ilin aprel ayında tamamlanmağı nəzərdə tutulur. İlkin mərhələdə yeni loqotip rəsmi sənədlərdə və fərdi ünsiyyət elementlərində əks olunacaq. Reklam kommunikasiyalarında köhnə bank loqotipi bir müddət istifadə ediləcək. Bundan sonrakı aylarda filialların, bankomatların, web-səhifələrin, reklam materialların dizaynı tamamilə yenilənəcək və Yelo Bank ilə əvəzlənəcək. Bu fikirlər bankın dedikləridir, lakin Nikoil Bankın mahiyyətinin deyil, adını dəyişdirməsiylə məzmunca heç nəyini dəyişməyib. Azərbaycanda aşkar sələmçiliklə məşğul olan banklardan biri kimi tanınan Nikoilun bu gün Yelo adlanması heç nəyi dəyişmir.

Anti reklam olmasın, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, bu bankdan iş görmək üçün kredit götürüb özünü «işə salıb».

Elmar Hüseynov 2014-cü ildə Nikoil Bankdan 25 min dollar kredit götürüb. Dolların məzənnəsi 0,78 olarkən götürülən kredit məbləği məzənnəyə uyğun 19500 manat edirdi. İlkin mərhələdə 5000 USD ödənilib. E. Hüseynov deyir ki, mən devaolvasiyadan sonra banka daha 25 000 USD ödədim. Yəni, hazırkı məzənnəyə uyğun olaraq, müharibə veteranı E. Hüseynov banka nə az, nə çox, düz 50 min manat ödəyib. 19500 manat alıb 50 min manat ödəyən müharibə veteranına borcu olmadığını deyən bank daha sonra ortaya 9000 USD faizin faizi deyilən bir borc atıb. Müştərinin şikayətiylə Ədliyyə nazirliyinin ekspertizası bu borcu yoxlayaraq 7000 dollara salıb. Lakin müştəri kimi bu haqsızlıqla razılaşmayıb aidiyyatlı orqanlara müraciət ünvanlayıb, o cümlədən ölkə rəhbərinə və Birinci Vitse Prezidentə də şikayət edib. Zamanı föftə verməyən, sələmçi Yelo Bank Nəsimi rayon Məhkəməsiylə sövdələşərək, pandemiya dövründə və müştərinin, həm də cavabdehin iştirakı olmadan qətnamə çaxarıb. Bəli, bu «Troyka məhkəməsi» ölkə rəhbərinin məhkəmə hakimlərinin əməllərini tənqid etdiyi bir zamanda və özü də ucqar bir bölgədə deyil, paytaxtda baş verib.

Müharibə veteranı Elmar Hüseynov bizimlə söhbətdə bildirdi ki, bank mənə ünvanladığı məktubda yazılıb: «Nəzərinizə çatdırmaq istəyirik ki,18.03.2020-ci il tarixli, 2(006)-153/2020 saylı qətnaməsinə əsasən 17.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 6354, 57 USD faiz, 100 USD cərimə, müqavilə müddəti bitdiyi tarixdən01.10.2018-ci iltarixədək gecikdirilmiş vaxt üçün 5 faizləhesablanmış 341,40 USD olmaqla, 6795,97 USD… və s.

Maraqlı məqama diqqət edin, bu «rəngi saralmış» Yelolaşmış bankın bu məktubda iç üzü açılır. Bank yazır ki, Sizə məxsus Bakı şəhəri, Xəzər rayonu Xaşa Xuna bağ sahəsində 6 otaqlı, 315,67 kv.m, 97,72 kv.m yaşayış 217,95 yardımçı sahədən ibarət 192 saylı bağ evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satəlması, əmlakın ilkin satış qiymətinin 70 min manat elan edilməsi və s. təhdidi elan edilir. Ümumiyyətlə, faizin ödənişi əmlaka yönəldilə bilməz. Bu dünyanın hər bir yerində belədir və məhkəmə predmetidir. Ödənişi bu yolla müəyyən oluna bilər.

Əzəli Nikoil, sonrası Yelo (bu heç də öz dedikləri kimi «sarı» demək deyil. Bunu daha sonra açıqlayacağıq-red.) olan bankın sələmçiliklə və qanunsuz olaraq talanla məşğul olması, məhkəməylə, hətta hərracla iş birliyi ortadadır. Azərbaycanda bu faizlərin banklar tərəfindən hesablanması, üstəlik cərimələr hesablanması Azərbaycan hökumətinin, yəni Nazirlər Kabinetinin heç bir qanunuyla tənzimlənməyib və Mərkəzi bankın da bazasında bir dənə də olsun normal drektiv məlumat tapa bilmədik.

Deyilən bircə məlumatı diqqətinizə çatdırırıq: «İddiaya görə, güya cərimələr tərbiyələndirmə xarakteri daşıyır. Təkcə maliyyə sahəsində deyil, digər sahələrdə də cərimələrin tətbiqi bir növ insanları qaydalara riayət etməyə məcbur edir. Müştərilər Bankdan kredit əldə etdiyi zaman, kredit müqavilələri ilə birlikdə ödəniş qrafikini də imzalayır və ayrılmış kredit məbləğini qrafikə uyğun banka geri ödəyəcəyini öhdəsinə götürür. Təbii ki, öhdəlikdən boyun qaçırmaq və ya öhdəliyi lazımi qaydada icra etməməyin hansısa bir cəzası olmalıdır.»

Elmar Hüseynov borcu ödədiyi halda cərimə, faiz niyə yazıldığına diqqət edək.

Apardığımız araşdırma nəticəsində məlum oldu ki, banklarda cərimələrin hesablanması metodikaları fərqlidir. Bu metodikalar adətən Bankların Risk Departamentləri tərəfindən hazırlanır və Risklərin İdarə Edilməsi Komitəsi tərəfindən təsdiqlənir. Biz hər bir kredit müştərisinə gecikməyə yol verməməyi və Banklar qarşısında götürdükləri öhdəlikləri vaxtında icra etməyi tövsiyyə edirik. Çünki, gecikmə halları müştərilərə cərimələr fonunda həm maddi ziyan vurur həm də onların kredit tarixçələrini korlanmasına gətirib çıxarır.» Yəni özləri yazıb, özləri də təsdiq edirlər. Bunun qanuni və hüquqi bazası yoxdur. Heç bir hökumət qərarıyla və sərəncamıyla tənzimlənmir. Bank istədiyi qərarı verə bilir.

Banklar bu boşluqdan istifadə edərək müxtəlif cərimə faizləri tətbiq edirlər və ədalətsiz hakimlərlə iş birliyiylə bu qanunsuzluğa hüquqi don geydirirlər. Müharibə veteranı, ehtiyyatda olan polkovnik, «Azərbaycan Bayrağı» ordenli Elmar Hüseynova qarşı oynadıqlarıl bu oyunu 67 minlik veteran ordusunu öz ətrafında birləşdirən AVMVİB adından şiddətlə qınayır və ölkəmizə «kabab iyinə» gəlmiş bu banklara qarşı sonadək mübarizə aparmağı planlayır. Xatırladırıq ki, düşmən ölkədə fəaliyyət göstərən rus kapitallı banklar ölkəmizə qarşı döyüşlərdə gəbərmiş ermənilərin ailələrinə yardım etdiyi vaxtlarda, bu tip banklar şəhidlərimizə, veteranlarımıza qarşı «maliyyə əxlaqsızlığı» ilə məşğul olduqları ortadadır. Azərbaycan Respublikası Prezidentinin Birinci Vitse Prezidenti xanım Mehriban Əliyevanın neçə şəhidimizin bank kredit borcunu ödədiyinin hamımız şahidləri olmuşuq.

Rəngini saraltmış Yelo Bank qondarma faiz iddianızı və Nəsimi rayon məhkəməsinin qanunsuz və ədalətsiz qərarı barədə Ali Baş Komandanımız cənab İlham Əliyevə müraciət edib bu işi nəzarətə götürməsini xahiş edəcəyik. İnanırıq ki, faiz və faizə faiz, cərimə hesablayan bir banka bizim ölkədə yer olmamalıdır. Hələ bir savaş qəhrəmanına qarşı bu cür iyrənc addımlar atan bir banka isə heç yer yoxdur!

Bu məmləkət «qotur eşşəklər üçün yaylaq yeri deyil». Banklardan Kapital Bank istisna olmaqla heç biri, nə müharibə iştirakçılarına, nə də şəhid ailələrinə hörmət qoymurlar. O cərimə və faizlər uydurduğunuz kimi, ölkə rəhbərinin sosial dövlət platformasına uyğun güzəştlər paketinizi ortaya qoyun. Dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi yüksək faizlər, cərimələr olmadığından sui — istifadə etməyin!

Mövzu ictimailəşdiriləcək və mövzuya dönə-dönə qayıdacağıq…

Fedai.az Araşdırma Qrupu
AVMVİB Mətbuat Xidməti

Alət çubuğuna keç