“Yapı Kredi Bank” -da problem: Bir neçə günlük bağlanıb – FOTO

Bir neçə gündür ki, “Yapı Kredi Bank (Azərbaycan)”ın rəsmi internet saytına giriş bağlanıb.
“Kommersant.az” xəbər verir ki, günlərdir bankın rəsmi internet saytına (https://www.yapikredi.com.az/) daxil olmaq mümkün olmur. Problemin günlərdir davam etməsinə baxmayaraq, bankın rəsmi internet saytı müştərilərinin istifadəsinə verilmir.

Qeyd edək ki, “Yapı Kredi Bank (Azərbaycan)”nın səhmlərinin 99,98%-ə Yapi Kredi Bank (Türkiyə), 0,01%-ə Yapi Kredi Yatirim Menkul Değerler Şirkəti (Türkiyə) və 0,01%-ə Yapi Kredi Finansal Kiralama Şirkəti (Türkiyə) nəzarət edir.

Bankın mövqeyini dərc etməyə hazırıq.

"Yapı Kredi Bank" -da problem: Bir neçə günlük bağlanıb

Alət çubuğuna keç