“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi “GÜCÜMÜZ BİRLİYİMİZDİR!” adlı layihəsinə start verib

“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “GÜCÜMÜZ BİRLİYİMİZDİR! koronavirus (COVID-19) pandemiyası dövründə aztəminatlı ailələrə birdəfəlik yardımın göstərilməsi” adlı layihə çərcivəsində işlərini davam etdirir. Layihə bütün dünyanı öz təhlükəsi ilə əsarətinə alan və ÜST tərəfindən pandemiya elan edilən COVID-19 yeni növ koronavirus xəstəliyinə qarşı mübarizə istiqamətində dövlətimizin həyata keçirdiyi məqsədyönlü tədbirlərə dəstək olaraq hazırlanmışdır.
Təşkilatın sədr müavini Qorxmaz Paşayev dunyaxeber.com-a verdiyi müsahibədə bildirmişdir ki, COVİD-19 pandemiyasına qarşı fəal mübarizə aparılmaqla yanaşı, geniş miqyaslı sosial dəstək tədbirlərinin də həyata keçirilməsi zərurəti yaranmışdır. Belə ki, dövlətimiz sosial rifaha dəstək istiqamətində apardığı məqsədyönlü siyasətə vətəndaş cəmiyyəti inistutları da aktiv qoşulmalı və aztəminatlı ailələrə birdəfəlik yardımlar göstərməlidirlər. İctimai Birlik olaraq biz də məhz bu istiqamət üzrə “GÜCÜMÜZ BİRLİYİMİZDİR!” adlı layihə üzərində işlərimizi həyata keçiririk. Q.Paşayevin sözlərinə əsasən nəzərinizə çatdıraq ki, layihə əsasən şimal zonasını, Xaçmaz rayonu və ətraf kəndləri əhatə etməkdədir. Müsahibimiz bildirdi ki artıq təşkilatın şimal bölgəsi üzrə əməkdaşları ehtiyacı olan aztəminatlı ailələri müəyyən edərək siyahıya almışdır. O həmçinin qeyd etdi ki, layihənin əsas məqsədi postpandemiya dövründə insanları düzgün şəkildə maarifləndirmək və gigiyenik qaydalara əməl olunmasının vacibliyini çatdırmaqdır. Eyni zamanda Xaçmaz rayonu üzrə ehtiyac olan aztəminatlı ailələrə birdəfəlik ərzaq paketlərinin Şura Katibliyinin verdiyi təlimata uyğun paylanılmasını həyata keçirməkdir.

 

Alət çubuğuna keç