Sərt karantin rejiminin müddəti ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi iyulun 19-da 388 nəfər koronavirusa yoluxub, 517-si isə sağalıb. Qeyd edək ki, son günlər Azərbaycanda koronavirusa yoluxanların sayı azalma dinamikası ilə davam edir. Əgər bu azalma dinamikası davam edərsə, Azərabaycanda sərt karantin rejimi vaxtından əvvəl yumşaldıla və ya bitə bilərmi?

Bununla bağlı Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev bildirib ki, bugünki nəticə sevindiricidir: “Çünki yoluxanların və ölənlərin sayında xeyli azalma müşahidə olunur. Sağalaraq evə buraxılanların sayı isə yoluxanların sayından xeyili çoxdur. Yoluxanlanların sayı bu cür azalmağa davam edərsə, təbii Operativ Qərargah tərəfindən yumşalma məsələsinə baxıla bilər. Amma bizim qoyulan qaydalara və verilən tövsiyələrə əməl etməyimiz vacibdir. Digər tərəfdən 14 iyulda orduya və dövlətimizə dəstək olunan yürüşdə insanların karantin rejiminə əməl etməməsi bir az bizi qorxudur. Ümid edək ki, yoluxanların sayı çoxalmaz. Azalma dinamikası davamlı olsun. Gündəlik sağalanlar yoluxanlardan çox olsun ki, Operatib Qərargah karantin rejimində  yumşaldılmalara gedə bilsin və insanlarımız tezliklə normal həyatlarına geri qayıtsınlar. Bunun üçün hər birimizin qoyulan karantin qaydalarına əməl etməsi vacibdir”.

NƏRGİZ,

KONKRET.az

Alət çubuğuna keç