“Ayasofya muzeyinin üç dini özündə əks etdirən vahid TANRI evi olması məqsədə uyğun olardı…”

“Təzadlar”ın suallarını Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev cavablandırır:
-Azad müəllim bildiyiniz kimi , Türkiyə Prezidenti Receb Tayyib Erdoğan İstanbuldakı Ayasofya muzeyinin məscidə çevrilməsi barədə fərman imzalayıb. Bu fərmanla bağlı dünyada müxtəlif yanaşmalar oldu. Siz necə düşünürsünüz, müzeyin məscidə çevrilməsi daha ədalətli deyilmi?
-Türkiyə çoğrafi baxımdan üç əsas dinin qovuşduğu bir məkandır. İllər boyu bu coğrafi məkanda müxtəlif mədəniyyətlərə, dinlərə dözümlülük və hörmətlə yanaşılmışdır. Bunun da tarixi var, Osmanlı dövləti yarananda onların təməl pirinsipi güc və ədalət idi, yəni bir tərəfdə güc dururdusa, digər tərəfdə ədalət vardı, bu pirinsip üzərində qurulan dövlət uzun illər yaşadı. Bildiyiniz kimi, dünyada əsasən üç din fəaliyyətdədir, müsəlmanların dini, Yəhudilərin ibadət etdiyi din iudaizm və xiristianların dini. Bu üç dinin əsas amalı, fəlsəfəsi bir olan ALLAHA iman gətirməkdir, ALLAHA hər kəsin ibadətini və əməlini görməkdir. Istəsək də, istəməsək də qeyd etdiyim dinlər dünyada, o cümlədən Türkiyədədə baxışlarından asılı bütün insanların ibadəti, Allaha pənah ünvanıdır. Bunun isə dünya siyasətinə təsiri az deyil. Türkiyə Prezidenti Receb Tayyib Erdoğanın yeritdiyi siyasət Türkiyə tarixində yenidir. Bu baxımdan Ayasofya muzeyinin məscidə çevrilməsi bir qədər fərqli olmalı idi. Yəni, düşünürəm ki, Ayasofya muzeyinin tək məscid kimi deyil, həm də üç dini özündə əks etdirən vahid TANRI (ALLAH) evi olması məqsədə uyğun olardı. Beləliklə Türkiyə bu TANRI evində üç dinə məxsus olan insanların ibadətini həyata keçirməklə dünyada, ilk müsəlman ölkəsi olardı, bununla da dünyada dini tolerantlığın, multukulturalizm mərkəzinin paytaxtı olardı. Belə olduğu təqdirdə Türkiyə Prezidenti Receb Tayyib Erdoğanın məlum fərmanı dünyada birmənalı olaraq alqışlanardı və siyasi divident gətirərdi. Beləliklə, Ayasofya ilə bağlı tarixi və ədalətli qərarı verilmiş olardı, siyasi müzakirə və mübahisələrə də yer qalmazdı…
Təqdim etdi: Xaliq

Alət çubuğuna keç