Nigar xanımın vaxtsız vefatı ilə bağlı ailəsinə dərin hüzünlə baş sağlığı veririk

Bu gün dəyərli kolleqamız,eziz dostumuz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadəni itirdik. O , Azərbaycan təhsilinə töhvəsi olan, yüzlərlə gəncin Avropada təhsil almasına imkan yaradan Erasmus Mundus layihələrinin həyata keçirilməsinə dəstək verən ziyalılardan biri idi. Yaddaşımızda gözəl,pozitiv,ünisiyyətcil bir xanım,təcrübəli müəllim va qayğıkeş Ana kimi qalacaqsınız. Nigar xanımın vaxtsız vefatı ilə bağlı ailəsinə dərin hüzünlə baş sağlığı veririk, Allahdan rəhmət diləyirik. Hörmətlə, Sumqayıt Dövlət Universiteti Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova, Gəncə Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin mudiri Ruslan Məmmədov, Bakı Slavyan Universitetinin İngilis Filologiyası kafedrasının baş müəllimi Natavan Babayeva.

Alət çubuğuna keç