Çində koronavirus yayılmaqda davam edir: son sutka ərzində…

Yeni tip koronavirusu dünyaya yayan Çində son sutka ərzində 9 yoluxma faktı qeydə alınıb. Ölüm olmayıb.

Bu barədə ölkənin Milli Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, yeni yoluxmaların qeydə alındığı şəxslərin hamısı ölkəyə xaricdən daxil olub.

Beləliklə, Çinin materik hissəsində koronavirusa yoluxanların ümumi sayı 83 min 581-ə çatıb.

Bu günə qədər 4 min 634 nəfər xəstəlik səbəbilə ölüb.

78 min 590 COVID-19 xəstəsi isə sağalıb.

Zümrüd

Alət çubuğuna keç