El ağsaqqallarını unutmayaq

Üz çənə üzrə el ağsaqqallarını unutmayaq professor, görkəmli alim , müəllim həkim Baxış Hüseynov və tarixçı alım , professor, yazıçı Ziyadxan Nəbibəyli ilə söhbətimiz çox maraqlı keçdi.Tariximizdən,dünya elmindən beş saat söhbət etdik. Geniş dünyagörüşə malik ziyalılarımız heç vaxt şəxsi mənafelərini dövlət mənafelərindən üstün tutmayıblar.

Hansı ki, onlar istəsəydilər kisəylə pul yığardılar. Villalar yapatdılar. Baxış həkim təmiz əqidəli olmaqla dayısı vaxtilə Ali Sovetin sədri olmuş İsgəndərova oxşayıb. Çünki Baxış həkim də dayısı kimi cəsarətli , mərd kişilərdəndir .
1960- cı illərdə Moskvada qatı daşnaq Mikoyan Qarabağ məsələsini qaldırarkən Mamed İsgəndərov ona elə tutarlı cavab vermişdir ki, bununla da söhbət qapadılmısdır. Hətta Xuruşov Mikoyana üzün tutaraq demişdir : – Nə oldu, boğazında qaldı ? …..
Bu haqda jurnalist İlyas Allahverdiyevin” Laçın qarşında, qəzəllər və.. ” kitabına baxmaq kifayətdir.
Professor Ziyadxan Nəbibəyli də bəy nəslindəndir. Vətənpərvər insandır .
Onu da qeyd edim ki, bizi belə ziyalılarla görüşdürən Xalq qəhrəmanı , Zəngəzurun və Qarabağın fövqəladə hərbi komissarı olmus Aslan bəy Sultanovun nəvəsi Faiq Abdullayev olmuşdur .Erməni quldurları Zəngəzura Qubadllıya hücum edərkən Aslan bəy Sultanov bir neçə erməni generalını sərrast atəşlə məhf eləmiş və torpağımızı ləyaqətlə qorumuşdur. Aslanbəy Sultanovun nəvəsi , 1920-23- cu illərin arviv sənədlərinə əsasən üç sanballı kitabların müəllifi , yazıçı Faiq Qulam oğlu o dövrün tarixi barədə maraqlı faktlar söylədi.
Sosial şəbəkədən Faiq Abdullayev yazmaqla internetdən bu haqda geniş məlumat əldə etmək olar
Əslən Qubadlıdan olan İman müəllimin gəlişi bizi çox sevindirdi. Bu dostlar həqiqətən də
xalq üçün xidmət ediblər . Sadə bir həyat tərzi keçirdən dədə – baba dostlarımız hazırda təqaüddədirlər.
Hər iki professor “Həkəri ” qəzetinin fəxri heyətinin üzvüdurlər. Bu alimlər öz bilik və bacarıqları ilə Moskvada , eləcə də dünyanın bir çox ölkələrində ad – san qazanıblar.
El ağsaqqallarını yoxlamaq, hal – əhval tutmaq biz cavanların borcudur.
Hər iki alimə- Baxış Hüseynova, Ziyadxan Nəbibəyliyə , eləsə də Faiq Abdullayevə və İman müəllimə can sağlığı arzulayıram.
Rauf İlyasoğlu ,
Həkəri qəzetinin baş redaktoru,
Günaz. az saytının redaktoru

Alət çubuğuna keç