DTX “Eurovision” Safuranın atasını həbs etdi

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində apardığı əməliyyatın nəticəsində nazirliyin 3 vəzifəli şəxsi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

“Qafqazinfo” xəbər verir ki, onlardan biri – Səlim Əlizadə “Eurovision” mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Safura Əlizadənin atasıdır.

O,  vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma maddələri ilə təqsirləndirilir.

Xatırladaq ki, Safura Əlizadə mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin həyat yoldaşıdır.

Alət çubuğuna keç