HƏKİM FƏRYAD ETDİ: “Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm” – VİDEO

“Sağ qalsam, bundan sonra bir nəfər azərbaycanlıya, özünü azərbaycanlı sayana pulsuz xidmət etməyəcəm”. Azərbaycanda koronaviruslu xəstələrə qulluq edən və sonradan özü də virusa yoluxan həkim-anestezioloq Araz Namzatoviç Ağayev Facebook profilində belə yazıb.

Görəsən, həkimin bu qədər hiddətlənməsinə nə səbəb olub?

Turkustan.info Sağlam TV-yə istinadən xəbər verir ki, özünün Facebook statusunda həkim bunları yazıb:

“Çox hörmətli dostlar! Özümü qoruya bilmədim. Maləsəf, mən də yoluxdum (Diaqnoz: ikitərəfli ağciyər pnevmoniyası; sol 50% zədələnib). Təngnəfəslik, boğulma, öskürək, qızdırma yorur. Müalicə başlanıb.

 

Deməli, işlədiyim xəstəxanaya yerləşdim. Yerləşdiyim otaqda tualet var. 50-60 yaşlarında bir xala gəlib həmin tualetə girir (qaldığımız otaqda məndən əlavə iki kişi xəstə var) və tualetin içinə nə gəldi atır. İş o həddə çatıb ki, artıq tualet işləmir. Bu gün irad bildirmişəm ki, ay xala, heç olmasa, eyni məsafədə şöbənin o biri tərəfində tualet var, get ora. Səsini atdı başına. Nə isə ki, mənə “erməni”yə qədər dedi. Dedim, düz deyirsən, mən “erməni” sən azərbaycanlıya üç aydır niyə baxıram ki, yoluxub bura gələm. Nə desən haqlısan…

Alət çubuğuna keç