Azərbaycanın sirrləri Jirnovskinin həyatını xilas edən azərbaycanlı general

Azərbaycan SSR Ali Sovetinin deputatı, respublika daxili işlər naziri general – leytenant Arif Nəzər oğlu Heydərov 1949-1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləyib. Bu dövrdə operativ tapşırıqlarla əlaqədar dəfələrlə xarici ölkələrə gedib və uzun müddət Almaniya Demokratik Respublikasında və Türkiyədə daimi işdə çalışıb. Bir gün Türkiyədə çalışan zaman Arif Heydərova xəbər gəlir ki, 1969-cu ilin oktyabrında Türkiyədə, Bandırmada gənc Sovet vətəndaşı-tərcüməçi casusluq və kommunizm təbliğatçısı ittihamı, üzərində Lenin silueti olan döş nişanlarını türklərə paylayan zaman həbs ediliv. Sovet dövlətinin Konsulu vəzifəsində olan azərbaycanlı dərhal Bandırmaya yola düşür. Həbs edilən tərcüməçiylə görüşür, ona necə ifadə verməli olduğunu izah etdikdən sonra Ankaraya dönən Arif Heydərov, daha sonra”araq, konyak və çaxır” və bəzi hədiyyələrlə yenidən Bandırmaya qayıdır. Hədiyyələri yerli məmurlara payladıqdan sonra, tərcüməçi azad edilmədiyi təqdirdə işini itirə biləcəyini və türk qardaşlarının onu qırmayacağına inandığını bildirir. Tərcüməçi gənc ölkəni tərk edəcəyi şərtiylə həbsdən azad edilir. Tərcüməçi o zaman 23 yaşı olan və “DTX” üçün çalışan agent Vladimir Jirinovski idi. A.Heydərovun şəxsi bacarığı sayəsində Jirinovskinin həbsxanadan qurtarılıb səs-küyə səbəb olmadan ölkəyə göndərilməsi i SSRİ-Türkiyə münasibətlərində problem yaradılmasına imkan verməmişdi. Bir məlumatı da qeyd edək ki, ilk dəfə Türkiyədə üç rəngli bayrağı konsul kimi stolunun üstündə saxlayan yeganə adam Arif Heydərov idi. Məsələ düz SSRİ xarici işlər nazirliyinin rəhbər şəxsi Smirnova qədər böyüyür. Rəhbərlikdən telqrama qısa cavab gəlir: “Arifə olar”
Çox heyf ki, belə milli insan 1978-ci il iyunun 29-da Bakıda iş başında qətl edilir.
Alət çubuğuna keç