Sabah Ərdoğan, Putin və Ruhani Suriya məsələsini müzakirə edəcəklər

Hurriyyet.org xəbər verir ki, Türkiyə, Rusiya və İran liderlərinin videokörpü yolu ilə görüşəcəkləri Astana sammiti sabah işə başlayacaq.  Prezidentlər R.T.Ərdoğan, V.Putin və H.Ruhani Suriyadakı son vəziyyəti müzakirə edəcəklər. Üç prezident axırıncı  dəfə Ankarada görüşmüşdülər. Ötən sentyabrdan sonrakı növbəti sammitin bu il martın əvvəlində Tehranda keçirilməsi planlaşdırılırdı. Lakin epidemiya sammitin İranda keçirilməsinə imkan verməmişdi.

Epidemiya ilə mübarizə dövründə videokörpü variantı gündəmə gəlib. Beləliklə, sabah Astana formatındakı sammitin 6-cı yığınacağı keçiriləcək.

Alət çubuğuna keç