Sərt karantin rejimi nəticə verdi – OPERATİV QƏRARGAH

Sərt karantin rejimi öz nəticəsini verir.

Bunu bunu TƏBİB-in Xəstəliklərə Nəzarət və Profilaktika Şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, bir xəstə 2 nəfərə, 2 nəfər 4 nəfərə virusu yoluxdurur və bu vəziyyət beləcə davam edir: “Hazırda yoluxmaların sayı stabilləşib. Hazırda ola biləcək iki qat artımı müşahidə etmirik”.

O bildirib ki, bu gün heç bir tibb müəssindən kənarda xəstələrin müalicəsi həyata keçirilmir.

Yaqut Qarayeva Ramin Bayramlının işindən uzaqlaşması şayiələrinə də aydınlıq gətirib: “Biz yeni layihə ilə bağlı Türkiyədən mütəxəssislər gətirmişik və Ramin Bayramlı da bu qrupda iştirak edir, xəstəxanaları ziyarət edərək, müalicə prosesinə nəzarət edir”.

Prezidentin köməkçisi Hikmət Hacıyev əlavə edib ki, karantin rejiminin riyazi nəticələri qarşıdakı günlərdə özünü göstərəcəkdir: “Xəstəliyin yoluxma tendensiyası insanların təması zamanı baş verir. Bu gün karantindən başqa maska, sosial məsafə və gigiyenadan başqa xəstəliklə mübarizə üsulu yoxdur. Amma yenə də vətəndaşlarımız və dövlətimizlə həmrəy olub, arzu etdiyimiz nəticələri əldə etməliyik. Biz yeni norma və reallıqlara uyğunlaşmağı bacarmalıyıq”.

Alət çubuğuna keç