Poliklinikalara getməyin – Səhiyyə Nazirliyindən vətəndaşlara ÇAĞIRIŞ

Biz unutmayaq ki, insanların xəstəlikləri təkcə koronavirusdan ibarət deyil.

Bunu Səhiyyə Nazirliyinin aparatının rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, müraciətlərin idarə olunması üçün Səhiyyə Nazirliyinə öhdəliklər verilib: “Əgər kimsə özündə simptom hiss edirsə, poliklinikaya yaxınlaşmasın, o digər şəxsləri də yoluxdura bilər. Sahə həkiminə xəbər verib, COVID-19 məntəqələrinə yaxınlaşıb, həmin şəxsi test edə bilərlər. Xəstənin əlamətləri yüngüldürsə, onun müalicəsi sahə həkiminin nəzarəti altında aparılacaqdır. Xəstənin vəziyyəti ağırlaşdığı zaman təcili yardıma xəbər verdikdən sonra, o, müvafiq pandemiya xəstəxanalarına köçürüləcəkdir”.

O bildirib ki, koronavirus yüksək ötürücülük qabiliyyətinə malikdir: “Özündə əlamət hiss edən insan poliklinikaya yaxınlaşdığı zaman onu müvafiq məntəqəyə yönləndirib, test ediləcək və xüsusi nəqliyyat vasitəsi ilə evinə çatdırılacaq”.

Alət çubuğuna keç