Türkiyənin BÖYÜK PLANI – Ərdoğanın xəyalı: YENİ OSMANLI…

Son illər Türkiyənin Suriya, Liviya və İraqın şimalında həyata keçirdiyi anti-terror əməliyyatları dünyanın ən çox müzakirə etdiyi məsələlərdən biridir.

Bəzi siyasi ekspertlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni Osmanlı dövləti qurmaq istəməsi ilə bağlı fikirlər səsləndirir.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, Türkiyənin Osmanlı dövləti qurmaq istəməsi ilə bağlı səslənən fikirlər reallığı əks etdirmir:

“İndiki zamanda belə bir dövlətin qurulması mümkün deyil. Bunu təkcə Türkiyə deyil, vaxtı ilə böyük imperiyaya sahib olmuş digər dövlətlər də edə bilməz.

Amma Türkiyə indi vaxti ilə Osmanlının sahib olduğu gücə sahib olmaq istəyir. Bu, çox normaldır. Çünki dünya artıq bir qütüblü deyil, çox qütüblülük prinsipi ilə idarə olunur.

Türkiyə qədim tarixə sahib, regionun ən güclü ölkələrindən biridir. Türkiyənin regionda güclənməsi bir çox ölkələrə sərf etmir. Türkiyənin gücünün artması, islam dünyasının əsas gücünə çevrilməsi deməkdir ki, bu, islam sivilizasiyanına aid olmayan ölkələrinin maraqlarına uyğun deyil. Bu baxımdan bəzi ölkələr Türkiyənin Osmanlı dövləti qurmaq istəməsi ilə bağlı iddialar səsləndirirlər. Bunun məqsədi də Türkiyəni işğalçı ölkə olaraq göstərməkdir”.

Politoloq bildirib ki, Türkiyənin keçirdiyi əməliyyatların məqsədi sərhədlərin təhlükəsizliyini qorumaqdır:

“Türkiyə üçün 911 kilometrlik sərhəddə sabitliyə nail olmaq çox vacibdir. Türkiyə Fərat çayı sahilinə qoşun göndərməklə təhlükəsizlik zolağı qurmağa çalışır. Vaşinqtonun geri çəkilməsi ilə Ankara bu istiqamətdə daha inamla irəliləyir. Məqsəd isə birdir: sərhəddə təhlükəzis zona yaratmaq. Ərdoğan və digər dövlət rəsmiləri dəfələrlə bəyan edib ki, Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Türkiyənin Suriyada, Liviyada, İraqın şimalında hərbi əməliyyatlara başlaması hər nə qədər Qərb dairələri, eyni zamanda Rusiya, İran və ərəb ölkələri tərəfindən birmənalı qarşılanmasa da, onlar Ankaranın bu addımı zərurətdən atdığını başa düşürlər”.

Mahir Ələkbərov 

 

Alət çubuğuna keç