Ermənicə danışan, azərbaycanca başa düşən alman qəzeti yazır k

“Dünyada 8-10 milyon erməni yaşayır; bu, Ermənistanın əhalisindən 3 dəfə çoxdur”

“Die Zeit” Almaniyanın ən populyar həftəlik qəzetidir. 1946-ci ildən çap olunur. Tirajı yarım milyon nüsxədən çoxdur. İnternet üzərindən isə bu qəzeti 2 milyon oxucu izləyir. “Die Zeit”də kiçik ölçülü yazılar getmir. Təqdim etdikləri mövzunu geniş və əhatəli şəkildə işıqlandırmağa üstünlük verirlər. Azərbaycanda iri həcmli yazılara maraq azdır. Alman oxucusu isə bir qədər fərqlidir.

Belə bir nüfuzlu qəzetdə Ermənistanla bağlı bir yazı qabağıma çıxdı. Məqalə “Hört überhaupt jemand zu, wenn ich Armenisch spreche?” (Əgər ermənicə danışsam, ümumiyyətlə, kimsə mənə qulaq asarmı?) adlanır. Qəzetin standartına uyğun olaraq bu məqalə də çox genişdir. Ancaq mən sizə həmin yazının bizim üçün maraq kəsb edə biləcək hissələrini təqdim edəcəm.

Kiçik bir haşiyə çıxaraq qeyd edim ki, Qərb mediasında Azərbaycana nisbətdə Ermənistana isti münasibət var. Bizim türk və müsəlman olmağımız, ermənilərin isə xristian olması bu münasibətin formalaşmasında ciddi rol oynayıb. Öz yanlışlarımız da az deyil. Qərb mətbuatı ilə işləyə bilmirirk. Hələ də Azərbaycanın alman, fransız, ispan, italyan, polyak… dilli peşəkar jurnalistləri yox səviyyəsindədir. Ümumiyyətlə, bu işdə pərakəndəlik hökm sürür. Dövlət bu işə əl qoymadığına görə ermənilər elə bir müqavimətlə qarşılaşmadan Qərb mediasında üstün mövqelərə yiyələniblər. Ümid edirəm ki, tezliklə bu işə dövlət müdaxilə edəcək və qüvvələr balansını dəyişməyi bacaracaq.

“Die Zeit”ın məqaləsinə qayıdıram. Anna-Theresa Bachmann-ın Gümrü və İrəvandan hazırladığı reportajda ermənilərə simpatiya aydın sezilir. Ancaq bu yazıda Azərbaycanın maraqlarına uyğun olan məqamlar da az deyil.

Müəllif yazır ki, dünyanın müxtəlif ölkələrində 8-10 milyon civarında erməni yaşayır. Bu, Ermənistan əhalisindən (3 milyon nəfərə yaxın) 3 dəfə çoxdur.

Xanım müəllif yazır ki, David van Groeningen əcdadlarının vətəninə gəlib. 6 həftədir ki, könüllü olaraq Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə təcili yardım maşınında sanitar yardımçısı kimi çalışır. Onlar xəstəxanadan çıxan yaşlı qadını şəhər kənarındakı evinə aparıblar. Çin dövlətinin yardım olaraq göndərdiyi Təcili Yardım Maşını evə çatmamış dayanmalı olur. Yol bitir. Stul götürürlər, yaşlı qadını stulda oturdurlar. Hərə stulun bir tərəfindən tutur və cığırla qalxaraq qadını mənzilinə çatırırlar…

Armenien: David vor der Notrufzentrale in Gjumri: Die Krankenwagen hat der chinesische Staat gespendet.

Qəzet bildirir ki, bölgədə müharibə istənilən an yendən başlaya bilər. Bu rallıq sanki havadan asılıb, qalıb: “Beynəlxalq hüquqa görə Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Ancaq “Birthright”ın loqosunda bu ərazi Ermənistanın bir hissəsi kimi təqdim olunub. Ermənistan Respublikası yeni elan olunmuş Artsaq Respublikasına hərbi yardım edir. Bir çox ermənilər (Ermənistandan) 2 illik hərbi xidməti münaqişə zonasında keçir. Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan da burada hərbi xidmətdə olub”.

Bu sitata xüsusi diqqət edin: “Hazırda Dağlıq Qarabağda 150 min erməni yaşayır. 1990-cı ildən etibarən bu ərazidəki azərbaycanlı əhali buradan qovulub. Son yüz ildə ermənilərlə azərbaycanlılar arasında Dağlıq Qarabağa görə dəfələrlə müharibə olub”. Gördüyünüz kimi, alman qəzeti ermənilərin Dağlıq Qarabağda etnik təmizləmə siyasəti apardığını açıq şəkildə yazır. Biz beynəlxalq kürsülərdə bu kimi arqumentlərə istinadən çıxış etməliyik. Çünki bu etiraf yabançılardan gəlir…

Müəllif Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim edən “Birthright Armenia” (“birthright” ingils dilində olan doğulmaq və hüquq, haqq sözlərinin birləşməsindən yaranıb. Yəni erməni əsilli olmaq Ermənistana səyahət haqqı verir, anlamında işlədilib. E.H.) təşkilatı barədə də məlumat verir. Yazir ki, 2003-cü ildə bu təşkilatın İrəvanda ofisi açılıb. Təşkilat isə ABŞ-ın Nyu Cersi şəhərindən olan daşınmaz əmlak alverçisi Edele Hovnaniyan tərəfindən təsis edilib. Kimin nəslində ən azı ulu nənəsi və ya babası ermənidirsə, bu təşkilata müraciət edə bilər. Təşkilatın proqramı əsasında həmin adamlar Ermənistana yollanırlar. Könüllü olaraq orada işləyir və yerli ailələrində qalırlar. İndiyə qədər 49 ölkədən 1800 nəfər erməni bu proqram əsasında Ermənistanda olub. Hazırda 100 nəfər gənc xaricdən Ermənistana gəlib və onlar üçün xüsusi avtobus ayrılıb. Onlar müxtəlif dillərdə danışırlar.

Məqalədə vurğulanır ki, bu təşkilat getdikcə fəaliyyətini genişləndirir. İndiyə kimi bu proqramın xətti ilə əcdadlarının vətəninə gələn 160 gənc Ermənistanda qalmağa qərar verib.

Elə David van Groeningen də bu proqram əsasında Ermənistana gəlib. Davidin anası ermənidir. Belə ki, 1988-ci ildə Gümrü şəhərində zəlzələ baş verib. 25 min nəfər ölüb, 1 milyondan çox insan isə ev-eşiksiz qalıb. O vaxt Davidin atası gənc həkim kimi Hollandiyadan Gümrüyə gəlib. İndi isə David də bir vaxt atasının etdiyi kimi Ermənistana könüllü kömək edir. Həmin zəlzələnin üstündən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq bir vaxtlar burada yaşanan dəhşətli fəlakətin izləri şəhərin bir çox yerində aydın şəkildə görünür: “David Almaniya və Hollandiyada böyüyüb. Bu iki ölkə arasındakı sərhəd yalnız kağız üzərində mövcuddur. 23 yaşlı David Nijmegen şəhərində tibb təhsili alır, valideynləri isə Düsseldorf şəhərində yaşayırlar.

“Birthright Armenia”nın proqramına Urqvaydan qoşulan gənc xanım isə mobil telefonunda olan fotoları göstərir. Dağlıq Qarabağın paytaxtı Xankəndində (məqalədə Stepanakert gedib -E.H.) çəkilmiş fotolardan qəhrəman pozalarında dayanan hərbçilər boylanırlar”. “Artsaqsız Ermənistan mövcud ola bilməz”, Rusiyadan bu proqram çərçivəsində Ermənistana gələn başqa bir gənc xanım isə belə deyir.

Tamara isə “PicsArt” adlı kompüterin proqram təminatı firmasıda fotoların daha effektli olması sahəsində çalışır. Bu firmanın sahibi San Fransiskodan olan Hovhannes Avoyandır. O, İrəvanda Kreativ Texnologiya Mərkəzi təsis edib. Bura Ermənistanın “Silikon Vadisi” hesab olunur. (Silikon Vadisi ABŞ-ın San-Fransisko şəhəri yaxınlığında yerləşir. Amerikanın bütün dünyada məşhur olan ultra-müasir texnologiya nəhəngləri bu ərazidə yerləşir. O da maraqlıdır ki, Silikon Vadisi adını bu əraziyə bir jurnalist verib. – E.H.)

6 min kv.m sahədə yerləşən mərkəzdə uşaqlar və yeniyetmələr oynayaraq kompüterin proqram təminatı səhəsində yeniliklərə imza atırlar. “Bu mərkəzin əsas hədəfi Ermənistanı kompüterin proqram təminatı sahəsində Qafqazın aparıcı dövlətinə çevirməkdən ibarətdir”. (Sitat)

2015-ci ildə “Forbes” “PicsArt” şirkətini yeni növ biznesin yaranması ilə məşğul olan 50 ünlü şirkət arasına daxil etmişdi.
Reportajın müəllifi Anna-Theresa Bachmann yazır ki, Ermənistana Almaniyadan gedən Tamara deyir ki, Ermənistanın təhsil sistemi xeyli mürəkkəbdir. Buradakı gəclərin 40 faizi işsizdir.

Tamaranın ailəsi isə II dünya müharibəsindən sonra Türkiyədən Almaniyaya köçüb. Əvvəllər onların ailəsi Anadoluda yaşayıb. Tamara alman jurnalistə deyir ki, onun nənəsi Türkiyədə ermənicə danışmaqdan qorxurmuş. Heç kim eşitməsin deyə yalnız gecələr ermənicə danışırmış. Hətta öz uşaqlarının yanında belə ermənicə danışmaqdan çəkinirmiş. Bir dəfə uşaqlardan biri nənəsindən soruşur ki, nənə, siz hansı dildə danışırsız? Qorxu içində olan nənə deyib ki, bu, gizli bir quş dilidir…

Təbii ki, məqalədə Osmanlı Türkiyəsində 1.5 milyon erməninin qətlə yetirilməsi haqqında iddialar da yer alıb.

“Die Zeit”də gedən məqalənin özətini sizlərə çatdırmağa çalışdıq. Biz qarşı tərəfin ortaya hansı arqumentlər qoyduğunu dəqiq bilməliyik. Həmin arqumentlərin təsirini heçə endirmək üçün əks-arqumentlərə söykənməyi bacarmalıyıq. Bunun üçün isə “erməni məsələsi” adlanan bu mövzu ilə bağlı əhatəli bilgilərə sahib olmağımız gərəkdir.

Artıq qardaş Türkiyə “erməni soyqırımı” iddialarını yalanlamaq üçün prezident Ərdoğanın iştirakı ilə elmi mərkəz yaradıb. Yaxşı olar ki, Azərbaycan da oxşar addım atsın və Türkiyədəki mərkəzlə sıx əlaqə yaratsın. Üstəlik, özü də muxtar şəkildə bu istiqamətdə araşdırmalara başlasın.

Elbəyi Həsənli, Sürix

Alət çubuğuna keç