“Dövlətin koronavirusla mübarizəsinə öz töhfəmizi verməyə çalışırıq”

Qəzənfər Aloyev: “MayoMed klinikasında tez-tez xeyriyyə
kampaniyaları keçirilir”Koronavirus pandemiyası dövründə həkimlərimizin əzimkarlığı
xüsusi diqqət çəkdi. Hər birimiz həkimlərimizlə bir daha qürur
duyduq. Bu çətin günlərdə MayoMed klinikası da dövlətinpandemiya ilə mübarizəsinə öz töhfəsini verib. Müsahibimiz MayoMed
klinikasının baş direktoru Qəzənfər Aloyevdir. Xatırladaq ki, Aliyev
Qəzənfər Vəli oğlu 1985-ci ildə 17 avqustda Qərbi Azərbaycanda
anadan olub. 1992-2000-ci illərdə Bakı şəhər N.Nərimanov rayonu
Montin qəsəbəsində yerləşən 57 saylı tam orta məktəbin 8-ci sinifini
bitirib. 2000-2003-cü illərdə C.Naxşıvanski adına Hərbi Litseyin məzunu
olub. 2003-2007-ci illərdə MTN-nin H.Əliyev adına Akademiyasının
məzunu olub. 2007-2013-cü illərdə DSX-də müxtəlif vəzifələrdə xidmət
edib. Belə ki zastava rəisinin döyüş hazırlığı üzrə müavini, zastava rəisinin
əvəzi, DSX Akademiyasında Taqım komandiri, NMR DSX Qərargah zabiti
və s. vəzifələrdə çalışıb.
2013-2017-cı illərdə Prezident iqamətgahının mühafizə xidmətində
çalışıb. 2017-2018-ci illərdə Bizneslə məşğul olub. “HARALAR
TRAVEL” adında turizim şirkəti yaradıb. Moskva şəhərində şəxsi
biznesi yaradlb. 2019-cu ildən Bakı Beynəlxalq Avtovağzal
Kompleksində (BBAK) “HARALAR TRAVEL” MMC şirkətini
fəaliyyətini genişləndirərək beynəlxalq sərnişindaşıma şirkəti yaradıb.
2019-cü ilin iyul ayından “HARALAR TRAVEL” MMC şirkətlər qrupu
“WHITE CITY” uşaq futbol klubunun sponsoru olub. 2020-ci ilin yanvar
ayından MayoMed klinikasının Baş direktorudur. 2020-ci ilin mart
ayından Azərbaycan Respublikası Milli Qəhramanlarının Tanıtma İctimai
Birliyinin Bakı şəhər Nərimanov rayon Nümayəndəliyinin sədr müavini
təyin olunub. 2020-ci ilin iyun ayından “MY MED CARD” layihəsinin
rəhbəridir.
Kapitan Qəzənfər Aloyev 2008-ci ildə Sərhəd Qoşunlarının komandanı
tərəfindən Sərhəd Qoşunlarının yaradılmasının 90 illiyi münasibətilə
medalla təltif edilib. 2009-cu ildə Azərbaycan Respublikasının Müdafiə
naziri tərəfindən Silahlı Qüvvələrin yaradılmasının 90 illiyi münasibətilə
medalla təltif edilib.
-Hazırda dövlətin COVİD-19 pandemiyasına qarşı mübarizəsi nə dərəcədə
effekt verir?
-Bildiyimiz kimi hal-hazırda bəşəriyyətin ən böyük problemlərindən biri
korona virus ilə üz-üzəyik.Bu pandemiyanın başladığı ilk günlərdə
müxtəlif ölkələrdə özünə məxsus tədbirlər görülməyə başladı.O
cümlədən,Azərbaycanda da çox güclü tədbirlər görüldü və hamıya
bəllidir ki,bu tədbirlər vaxtından əvvəl görülməyə başlamışdı.Cənab
prezidentimiz İlham Əliyevin verdiyi qərarlardan sonra bu tədbirlərin
icrasına başlandı və nəticə hər birimizə bəllidir.İlkin mərhələdə hətta
Azərbaycanı nümunə kimi digər ölkələrə göstərirdilər.Lakin ikinci
mərhələdə müxtəlif səbəblərdən pandemiyaya nəzarət dövlətin qərarı
nəticəsində yumşaldılmağa başlandı.Ancaq bu yumşalmalar zamanı
vətandaşların əksəriyyəti onların üzərinə düşən sosial öhdəlikləri yerinə
yetirməkdən imtina etdilər və laqeydlik göstərdilər.Bildiyimiz kimi tibbi
maskalardan istifadə olunması,sosial məsafənin saxlanılması,lazımi
yerlərdə dizenfeksiya məhlullarından istifadə olunması,əllərin üzə
təmasından yayınması və mütəmadi yuyulması kimi məsələləri sosial
tələb olaraq qarşıya qoyulmuşdur.Lakin vətəndaşların çoxu buna riayət
etmədi.Eyni zamanda vətəndaşların tələbsiz şəkildə evlərini tərk
etmələri,ictimai nəqliyyatdan tez-tez istifadə olunması nəticəsində
sıxlığın yaranması müşahidə olundu.Bütün bunlar virusun daha da geniş
yayılmasına gətirib çıxartdı.Ancaq dövlətimizin vaxtında gördüyü
tədbirlər nəticəsində virusun yayılması dövlətin nəzarətindən
çıxmadı.Aydın məsələdir ki,hamımız xəbərləri izləyirik və bizə məlumdur
ki, digər ölkələrdə xəstə sayı çox sürətlə artır.Buda tibb müəssisələrində
xəstələrin yerləşdirilməsi,onların müalicəsi kimi problemlərə səbəb
olur.Şükürlər olsunki,ölkəmizdə gözlənilməz yoluxma artımının
yaranmasına baxmayaraq dövlətimiz bu məsələlərin öhdəsindən
layiqincə gələ bilir.Bunların hamısının səbəbi odurki,dövlətimiz vaxtında
lazımi tədbirlər görülmüşdür.Modul tipli xəstəxanaların təşkil
olunması,xəstələrin qəbulu üçün lazım olan bütün avadanlıqların
yerləşdirilməsi,tibbi personalların və həkimlərin say etibarı ilə təmin
olunması kimi tədbirlər dövlətimizin Covid-19 pandemiyası ilə mübarizə
aparmasına böyük dəstək verir
-Həkimlərimiz bu günlərdə öz işlərinin öhdəsindən layiqincə gəlirlərmi?
-Bu ağır günlərdə əhalinin müəyyən grup təbəqələri vardır ki, onlar xüsusi
ilə əzimkarlıq göstərmişdirlər.Bunların içərisində mən həkimləri xüsusi ilə
qeyd etmək istəyirəm.Həkimlərin göstərdiyi əziyyətlər,fədəkarlıqlar əsil
qəhrəmanlıqdır.Yəginki hamımız həkimlər istifadə etdiyi formaları
görmüşük.Bu formaları 5-10 dəqiqə geyinmək belə əzablı olduğu halda
həkimlərimiz 8 saat müddətində o formanın içərisində nəfəs almaqda
çətinlik çəkməklərinə baxmayaraq xəstələrin nəfəsini bərpa etməyə
çalışırlar.Həkimlərin göstərdiyi əzimkarlıq,fədakarlıq alqışa layiqdir.Biz
həkimlərimiz qarşısında baş əyib,sonsuz minnətdarlığımızı bildiririk ki,nə
yaxşıkı ağ xalatlı mələklərimiz var.Və nə yaxşıkı onlar öz sağlamlıqları
naminə başa gəlsə belə bu ağır günlərdə bizlərin yanındadır və bizlərin
sağlamlığımıza qovuşmağımız üçün əllərindən gələni əsirgəmirlər.Biz
həkimlərimizlə fəxr edirik!
-MayoMed klinikası dövlətin pandemiya ilə mübarizəsinə öz töhfəsini
necə verir?
-Aydın məsələdir ki,pandemiya ilə mübarizədə adi vətəndaşlardan
tutmuş böyük şirkətlərə qədər hər bir şəxs öz üzərinə düşən öhdəlikləri
yerinə yetirərək dövlətə dəstək olmalıdır,bu problemlərin aradan
qaldırılması uğrunda atılan addımlara qoşulmalıdır.MayoMed klinikası
olaraq biz də bu yöndə dəstəyimizi əsirgəməməyə çalışırıq və nail
oluruq.Klinika olaraq həkimlərimizi və tibbi personalımızı səfərbər edib
evlərdə xidmət göstərmək kimi məsələlərə start vermişik.Eyni zamanda
bizim bir lahiyəmiz var,hansıkı mən bunu qeyd etməyə bilməzdim.Çünki
bu Azərbaycanda bir ilkdir.Bu lahiyənin kökündə əslində xeyriyyəçilik
durmuşdur.Bu lahiyə nədən ibarətdir?Bu lahiyə sayəsində vətəndaşlar
çox az bir məbləğ ödəyərək çox saylı laboratoriya
müayinələrindən,instrumental müayinələrdən,həkim müayinəsindən
keçmək və həkim nəzarətində olmaq,yüksək çeşidli fizioterapiya
xidmətlərinin istifadə olunmasına yönləndirilmişdir.Bununla bağlı ciddi
işlər görülüb və artıq lahiyəmizə start verilib.Bu lahiyənin mahiyyəti
ondan ibarətdir ki, sadecə 299 manat ödəməklə yuxarda sadaladıqlarım
hər bir məsələnin həllini tapmaq mümkündür.Xüsusi bir məqamı da qeyd
etmək istəyirəmki,lahiyəmizlə bağlı müraciət edən hər bir şəxs bizim bu
xidmətlərimizdən sadecə bir dəfə yox,il ərzində limitsiz şəkildə istifadə
edə bilər.Beləliklə MayoMed klinikası olaraq biz öz töhfəmizi verməyə
çalışırıq
-MayMed klinikası olaraq nə kimi xeyriyyə kampaniyaları keçirirsiniz?
-MayoMed klinikasında tez-tez xeyriyyə kampaniyaları
keçirilir.Bunlardan ən önəmli kampaniya əlillər və milli qəhrəmanlar üçün
keçirilən kampaniyalardır.Onların bizə müraciət etmələri bizim üçün
böyük fəxrdir.Biz əlillərimiz və milli qəhramanlarımızın
müayinəsi,müalicəsi,rehabilitasiyası ilə məşğul oluruq və bu bizə böyük
şərəf verir.Biz fəxr edirik ki, bizim dövlətimizin dəyər verdiyi milli
qəhrəmanların sağlamlığı uğrunda biz fədakarcasına dayana
bilirik.Bütün bunlar bizə gürur verir.Həmçinin maddi cəhətdən
sağlamlığını qoruya bilməyən şəxslər üçün Mayomed klinikası tərəfindən
böyük yardım göstərilir.Bundan sonrada digər aksiyalarımızı da
mütəşəkkil şəkildə təşkil etməyə davam edirik
-MayoMed klinikasında əsas hansı müalicə metodlarından istifadə
olunur?
-Nəzərinizə çatdırmaq istəyərdim ki,MayoMed klinikasında yüksək
ixtisaslı həkim heyəti çalışır.Bizə müraciət edən hər bir şəxs ilk olaraq
həkim müayinəsindən keçir və həkimlər tərəfindən diaqnozun qoyulması
üçün lazım olan digər xidmətlərin həyata keçirilməsi üçün
yönləndirilir;labarotoriya müayinəsi,instrumental müayinələr və.s.Son
olaraq lazımi bütün tədbirlər görülür,xəstənin müalicəsi aparılır və
müalicə ilə yanaşı fizioterapiya və rehalibitasiya xidmətləri
göstərilir.Klinikmızda əsas önəmli məsələ bizə müraciət edən şəxslərin
məmnun olmaqlarıdır.Bizə müraciət etmiş şəxslər arasında keçirilən
sorğudan da bəlli olurki,biz buna nail ola bilirik.Və bu məmnunluğu
dahada artırmaq məqsədi ilə öz işlərimizi mükəmməlləşdirməyə çalışırıq.
-Pandemiya ilə mübarizə davam edir.Karantin günlərində əhaliyə korona
virusdan qorunmaaq üçün nə tövsiyə edirsiniz?
-Sonda yenədə pandemiya ilə bağlı öz fikirlərimiz söyləmək istəyirəm,bu
virus hələdə davam edir,ona görədə biz öz qabaqlayıcı tədbirlərimizi
görməliyik.Hələki biz bu virusla yaşamağa məcburuq.Ona görədə biz öz
işlərimizi və planlarımızı qurarkən bu virusun mövcudluğunu nəzərə
almalıyıq.Hələki virusun nə zaman bitəcəyi bəlli deyil.Buna görədə
dövlətimiz tərəfindən verilən qərarlara ciddi əməl etməliyik.Son olaraq
bizimdə əhaliyə tövsiyəmiz ondan ibarətdir ki,görülən bütün tədbirləri
nəzərə alsınlar,aparılan bütün əziyyətləri qiymətləndirsinlər və özlərinin
üzərinə düşən bütün vəzifələri yerinə yetirsinlər.Bu vəzifələr
hansılardır?Sosial məsafənin saxlanılması,tibbi maskalardan istifadə
olunması,əllərin üzə təmasından yayınmaq və əllərin mütəmadi
yuyulması.Bütün bunlara riayət edərək yoluxma ehtimalımızı çox-çox
aşağı endirmiş olarıq.Biz inanırıq ki,bu çətin günlərdə geridə qalacaq və
dövlətimiz əvvəlki gözəl günlərinə geri dönəcək.

 İmza
Nail Əhməd

Alət çubuğuna keç