YAŞASIN AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ!

Dövlətçiliyimizin ən mühüm şərtlərindən biri olan ordu quruculuğu ilə bağlı tariximizi vərəqləyəndə bu sahədə keçdiyimiz şərəfli yol gözlərimiz önündə canlanır. Son dovrdə yaranmış bəzi dövlətlərdən fərqli olaraq ölkəmizin dövlətçilik təcrübəsi sillahlı qüvvələrimizin formalaşmasında müəyyən ənənəyə söykənmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin dövründə – 1918-ci il iyunun 26-da ilk dəfə Nazirlər Şurasının qərarı ilə hərbi hissə-əlahiddə korpus yaradılmışdı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas vermişdi.

Lakin çox təsüflər olsun ki, XX əsrin əvvəllərində dünya yeni məcrasına qovuşmaq uğrunda çabalayanda cəmi 23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyəti təşəkkül tapdı. Milli ordumuzun başına çar Rusiya dövründə yetişmiş millətini sevən, vətənpərvər, yüksək rütbəli hərbiçi zabitlər gəldilər.

Onlar öz hərbi təcrübə və biliklərini qısa müddətdə ordumuzun formalaşmasına sərf etdilər. Amma imperiyalist qüvvələr, xususilə, Rusiya ölkəmizdə müstəqil demakratik, hüquqi və dünyəvi dövlətin uzun müddət yaşamasına imkan vermədi. Hələ tam möhkəmlənməmiş dövlətin ordusu həmin işğalçı, mürtəcə qüvvələrin təzyiqinə dözməyib məğlub düşdü.

28 aprel 1920-ci il tarixindən Azərbaycan sovet imperiyasının işğal altında yaşamaq məcburiyyətində qaldı. Bu tarix 1991-ci ilin 18 oktyabrınadək davam etdi.

Nahayət Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini qazanmaqla öz silahlı qüvvələrini də yaratmağa başladı. Bu proses son dərəcə mürəkkəb və çətin bir dövürə təsədüf edilir. Başqa sözlə, bir yandan Ermənistanın Rusiyanın dəstəyi və himayədarlığı ilə ölkımizə təcavüzü, digər tərəfdən isə bəzi daxili qüvvələrin şəxsi maraqlarını düşünərək didişmələri yenədə dövlətçiliyimizi təhlükəyə və sual altında qoydu.

Azərbaycan dövlət rəhbərliyində olan səriştəsiz insanlar, dövlətdə olduğu kimi, təzəcə yaranmış milli ordunu da idarə etməkdə acizlik göstərdilər.

Belə bir məqmda Xalqımızın Ümummilli lideri, Ordumuzun memarı, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı sayəsində və 15 iyun 1993-cü iltarixində, 1920-ci il hadisəsinin təkrar olunmasının qarşısı alındı və qanlar bahasına təzəcə müctəqillik əldə etmiş dövləti qorumaq üçün ordu quruculuğuna xususi diqqət və qayğı yetirməyə başlandı.

Artıq Azərbaycan Silahlı Qüvələrininin əsgər və zabit heyəti beynəlxalq sülhməramlı missiyalarda yaxından iştirak edir. Son illər ərzində Əfqanıstana və İraqa göndərilən əsgəri qüvvələrimiz Azərbaycan dövlətinin başını daim uca edib, hərbi hazırlığımızın yüksək səviyəsini göstərib. Hazırda region ölkələr içərisində ölkəmizin iqtisadi və hərbi qüdrətinin ilbəil artmasından düşmənimiz Ermənistan həddsiz dərəcədə narahatdır.

Bu gün erməni dığaları və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərdəki Azərbaycan deyil. Onun iqtisadiyyatı, hərbi potensiyalı və qüdrəti durmadan günü-gündən güclənməkdədir. Artıq Azərbaycan Ordusu da 1991-1993-cü ilələki ordu deyil. İndi Azərbaycan Silahlı Qüvələri NATO standartlarına uyğun formalaşmış Qafqazın ən qüdrətli ordusudur.

Əgər Qarabağ savaşında Azərbaycan ordusunda 10 minə yaxın keçmiş gənc Əfqanıstan müharibəsi və az saylı hərbiçi mütəxəsislər döyüşürdüsə indi bunların sayı 100 minlərlədir. İndi hər bir Azərbaycan əskəri Azərbaycanın Milli Qəhramanı Mübariz Ibrahimov, Murad Mirzəyev, Fərid Əhmədov və başqa qəhraman oğullarımız kimi fədakarlıq göstərərək Qarabağ torpağı uğrunda döyüşməyə hazırdırlar.

Artıq 29 ildir ki, Qarabağda işğal olunmuş torpaqlarımızın ermənilər tərəfindən işğaldan azad olunması istiqamətində aparılan sülh danışıqları heç bir nəticə verməmişdir. Buna görədə biz ehtiyatda olan hərbiçilərin səbiri tükənərək son həddə çatmışdır.

Belə bir, məsəl var donuza kiş deməklə bosdandan çıxmaz, gərək onu kötəkləyərək bosdandan çıxardasan.

Bu səbəbdəndə biz, Azərbaycan Silahlı Qüvələrinin Veteranları, Əfqanıstan, Qarabağ müharibə veteranları və ehtiyatda olan hərbiçiləri, Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə yenidən orduya səfərbər olaraq əbədi

və əzəli torpaqlarımızın ermənilərdən təmizləyib azad edərək şəhidlərimizin ruhlarını şad etmək istəyirik.

Azərbaycan Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyata başlayarsa onda biz, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağımızda yadelli işğalçılar tərəfindən işğal olunmuş torpaqlarımızı azad edərək, Azərbaycanın ərazi bütövlüyünü qısa müddəttdə bərpa edəcəyik.

Biz nəinki Qarabağı, bütün itirilmiş torpağlarimizı birləşdirmək uğrunda müqəddəs bir yola çıxmalıyıq. Bu yol artıq başlamişdir!

Biz bu ağır yükü və problemi gənc nəsilə saxlamamalıyıq! Bu yol MÜSTƏQİL AZƏRBAYCAN YOLUDUR! ALLAH BU ŞƏRƏFLI YOLDA VƏ QARŞIMIZDA DURAN MİSİYYAMIZI HƏYATA KEÇİRMƏMİZ ÜÇÜN BİZƏ QÜVVƏT VERSİN!

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun İdarə Heyətinin adından və şəxsən öz adımdan keçmiş döyüşçü və ehtiyatda olan zabit kimi, Azərbaycan Silahlı Qüvələrinin Veteranlarını, ehtiyatda olan hərbiçiləri və Azərbaycan Silahlı Qüvələrinin yaranmasında əməyi olan hər bir vətəndaşı, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 102–ci il dönümü münasibəti ilə səmimi qəlbdən təbrik edərək, Sizlərə uzun ömür, möhkəm can sağlığı arzu edirəm.

Ən böyük arzum bu dur ki, tezliklə bu bayramı Sizinlə birlikdə döğma Qarabağımızı yadelli işğalşılardan tam azad edərək, Qarabağda, qədim Şuşa diyarında Qələbə bayramı kimi qeyd edək.

YAŞASIN QÜRDRƏTLI AZƏRBAYCAN ORDUSU!

Hörmətlə, SƏRRAF ORUC,

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti,

Əfqanstan və Qarabağ müharibəsinin veteran.

 

 

Alət çubuğuna keç