“Ordumuzun zəfər döyüşünü çəkmək arzusundayam” – Milli Ordumuzun qüdrətini təsvir edən vətənpərvər xanım rəssamımız

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri günüdür. Silahlı Qüvvələrin yaranmasından 102 il ötür.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycanda ilk nizami hərbi hissə – Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.

Azərbaycan Ordusunun şücaətini, habelə Dağlıq Qarabağ münaqişəsinin acı tərəflərini öz fırçası ilə bütün dünya ictimaiyyətinə çatdıra bilmiş bir xanım – Azərbaycan Ressamlar İttifaqının üzvü, vətənpərvərlik mövzusunda həm ölkə daxilində, həm də beynəlxaq səviyyədə dəfələrlə rəsm müsabiqələrinin qalibi rəssam Ülkər Əbülfət Editor.az saytına açıqlamasında 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə öz ürək sözlərini bölüşüb: “Bu gün Azərbaycan xalqı Ali Baş Komandanın müdrikliyi və ordumuzun gücü sayəsində işğal olunmuş torpaqlarımızın geri qaytarılacağına qəti əmindir. Mən də bir rəssam kimi işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyini gözləyir və ön cəbhədə bir əldə silah, bir əlimdə də fırça Ordumuzun zəfər döyüşündə iştirak etmək və bu müqəddəs döyüşü fırçanın izi ilə tarixin yaddaşına köçürmək arzusundayam.

26 İyun – Silahlı Qüvvələri günü münasibətilə Ali Baş Komandan İlham Əliyev başda olmaqla, bütün hərbi qulluqçularımızı – əsgər, gizir, zabit və generallarımızı və ümumən bütün xalqımızı ürəkdən təbrik edir və tezliklə qələbə sevincini yaşamağı arzulayıram” – deyə Ülkər Əbülfət qeyd edib.

Alət çubuğuna keç