Əkrəm Bəydəmirli: “XX əsr Azərbaycanın intellektual mülkiyyətinə dəyən zərərin öyrənilməsi hədəflərimiz sırasındadır”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında elektron resursların əhatə dairəsinin genişlənməsi” layihəsinin icrasına start verib.

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri, layihə rəhbəri Əkrəm Bəydəmirlinin verdiyi məlumata görə, layihə çərçivəsində XX əsr Azərbaycanın intellektual mülkiyyətinə dəyən zərərin öyrənilməsi sahəsində elmi tədqiqatları davam etdirməyi planlaşdırırıq. Böyük bir dövrü əhatə edəcək bu, iş gələcəkdə yeni kitabın yazılmasına gətirib çıxaracaq.

Bundan əlavə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yaradılan, 5 dildə fəaliyyət göstərən, zəngin virtual bazası formalaşan www.fact-info.az saytınının əhatə dairəsinin genişlənməsi və bu saytın tərkibində ingilis dilində “Virtual Qarabağ” elektron bazasının yaradılması nəzərdə tutulur. Təbliğatın çox incə metodologiyaları var. Dünyanın başa düşə biləcəyi formada və dildə real faktları çox fərqli formada ortalığa qoymaqla beynəlxalq ictimaiyyəti yetərincə məlumatlandırmaq olar. Peşəkar formada bu internet resursunu genişləndirmək həmin incə metodologiyaların yalnız biri olacaq.

Alət çubuğuna keç