Sələmci banklar vətəndaşlara təzyiq gostərirlər

Bank of Baku
Prezidentin Sərəncamını niyə saymır?

Bank Of Baku- ya 2700 manat borcumuz qalmışdı.
Elə ki, isimiz ixtisara düşdü və dolların məzənnəsi qalxdıqdan sonra krediti bir müddət çoxları kimi biz də ödəyə bilmədik.
Prezident 10 min manat dollarla və manatla bağlı humanist qərar qəbul etdi.
Bir muddət vətəndaşlara güzəşt etdilər ki, 10 min manata qədər borcların faizləri silinəcəkdir .
Bəzi vətəndaşların faizləri silindi. Bu gün Bank of Baku – nun problemli kreditlər şöbəsindən əl telefonumuza zəng edərək banka gəlib 2700 manatı ödəməyimizi tələb etdilər. Əks təqdirdə faizlə birlikdə 4200 manat borcunuzu ödəməli olacaqsınız – deyə xəbərdarlıq etdilər. Pandemiya dövründə iş olmadıgı halda Bank of Baku -nun rəhbərliyinin göstərişi ilə əməkdaşlarının əhalinin psixologiyası ilə oynamasi bizim ailəyə Korono virusundan da ağir zərbə vurdu.
Ölkənin ağir günündə məgər biz düşmən ölkəninmi vətəndaşıyıq? Bəs insanlıq, hümanistlik budurmu?
Hansi ölkədə belə vicdansizlıq hokm sürür?
Bu qədər sələm olarmı? Axı sələm günah sayılır. Vaxtında banka müraciət edəndə niyə dediniz ki, gözləyin, sizi çağıracağıq. Budurmu sizin borcu artırdıqdan sonra erməni bicliyi ilə indi xalqımızın evdə qalmağından istifadə edərək bizi problemli şöbəyə çağırmağınız?
Rəhbərlərinizin gözləri nə vaxt doyacaq?
Siz Prezidentin Sərəncam və fərmanlarını da qulaq ardına vurursunuz ?
Bizi niyə vətəndaşları karantin dövründə banka çağırıb bezdirirsiniz?
Faizləri niyə silmirsiniz ay sələm yığan bank rəhbərləri?
Allahdan qorxmursunuzmu?
Prezidentin qərarlari beləmi yerinə yetirilir ?
Rauf İlyasoğlu

Alət çubuğuna keç