” Zirvədən zirvəyə ” kitabı

Bu günlərdə Elxanə Şəmil qızı Eminovanın tərtib etdiyi bir kitab diqqətimi cəlb etdi. Elxanə xanım əslən Azərbaycanın Şirvan bölgəsindəndir.
” Dövrün ziyalıları ” qəzetinin redaktorudur.
” Qızıl qələm” media mükafatçısıdır. Dövri mətbuatda maraqlı yazıları ilə çıxış edir.
” Zirvədən zirvəyə ‘ adlanan kitab Elxanə Şəmilqızının
oxucularla üçüncü görüşüdür. 340 səhifəlik kitabda Respublikamızın səhiyyə ocaqlarında çalışan qabaqçıl, təcrübəli səhiyyə işçilərinin şərəfli əməyindən, onların iş təcrübəsindən , uzun illər insanların sağlamlığı keşiyində dayanan ,yuxusuz gecələrini əsirgəməyərək xəstələrimizin sağlamlığına həsr etmiş fədakar həkim və tibb isçilərimizin gərgin və nümunəvi əməyindən sohbət açılır .
Bu gün səhiyyə sistemində islahatlar uğurla həyata keçirilir.
Məhz pondemiya dovründə həkim və tibb isçilərinin yuxusuz qalaraq insanların sağlamlığı kesiyində dayanması əsl qəhrəmanlıqdir – desəm yanılmaram.
Mən bunu məhz
Respublika Qan bankında yorulmadan çalışan həkim və tibb işçilərinin timsalinda görərkən çox qururlandım.
Həkimlərimiz karantin rejimində də yorulmadan calişmış və bu gun də uğurla fəaliyyət göstərirlər.
Elxanə Şamilqizının məhz həkimlərimizin şərəfli ömür yoluna həsr etdiyi kitab olduqca faydalıdır.
Kitabda 300 dən çox qabaqcıl səhiyyə işçiləri haqda genis və ətraflı məlumat verilmisdir.
Məhz Elxanə xanımın gərgin zəhməti sayəsində ərsəyə gəlmiş kitab olduqca maraqlı məlumatlarla zəngindir. Kitabın redaktoru, istedadli qələm sahibi Ramiz Hümbətovdur. Kitaba tanınmış qələm dostlarımiz Zabit Cavadov və Elmar Zərdablı ön söz yazmışdır.
Pedaqoji elmlər doktoru , professor , əməkdar müəllim, uzun illər Azərbaycan təhsil şurasınin sədri və bir çox vəzifələrdə şərəflə çalışmış mərhum Əjdər Agayevin, gorkəmli oftalmoloq həkim, akademik Zərifə xanım Əliyevanın əvəzsiz xidmətləri haqqında yazdıgı məqalə ilk səhifədə diqqəti cəlb edir. Kitabda qeyd edilir ki, sadə həkimlik peşəsini bacarığı , qabiliyyəti və yüksək insani keyfiyyətləri ilə örnək səviyyəyə qaldırmış Zərifə xanım həkimlik və ana nəvazişi ilə insanlığa nümunədir.
Azərbaycanın Respublikasınin birinci Vitse -Prezidendi Mehriban xanım Əliyevanın misilsiz fəaliyyəti barədə kitabda genis və ətrafli məlumat verilmisdir. Gorkəmli dövlət xadimi olmaqla yanaşı saysiz – hesabsız xəstələrin müalicə olunmasında, insanların səfa tapmasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın geniş və çoxsaxəli , səmərəli fəaliyyəti barədə ətraflı bəhs edilir.
Kitabda eyni zamanda tibb elmləri doktoru, professor, təcrübəli onkoloq Əlikram Mustafa oğlu Məmmədov
haqqında , eləsə də Respublikamızın ayrı – ayrı bölgələrində həkim adını uca tutaraq şərəflə işləyərək xalqa xidmət edən və bu gün də insanların sağlamlığı kesiyində dayanan cəfakeş həkimlərimiz haqqinda geniş məlumat əldə etmək olar.
Sonda müəllif mənbələrə istinad edərək xalq təbabətindən nümunələri də toplayaraq kitaba daxil etmiş və şəfalı bitkilərin, çicəklərin min bir dərdin dərmanı olduğunu bir daha oxucuların nəzərinə çatdırmışdır.
Elxanə Samilqızı ailəlidir, iki övlad anasıdır.
Respublikamizın hər bölgəsini gəzərək bu kitabı ərsəyə gətirmiş Elxanə Səmilqızına can sağlıgı və yeni- yeni uğurlar arzulayırıq .

Rauf İlyasoğlu

Alət çubuğuna keç