Türkiyə-İsrail yaxınlaşması Azərbaycana nə vəd edir?

Son dövrlər Türkiyə ilə İsrail arasında yaxınlaşma müşahidə olunur. 

Yenisabah.az xatırladır ki, 2010-cu ildən bu iki ölkə arasında münasibətlər kəskinləşmişdi. Səbəb isə həmin il mayın 31-də Türkiyədən Qəzzaya yardım aparan “Mavi Marmara” adlı yardım gəmiləri donanmasına İsrail ordusunun hücum etməsi idi. Rəsmi Tel-Əvivin bu addımından sonra hətta iki ölkə arasında diplomatik münasibətlər məhdudlaşdırılımış, səfirlər geri çağırılmışdı.

Bu ilin mayın 24-də isə İsrailin milli aviaşirkəti “El Al” İstanbula ilk səfərini həyata keçirib. İki həftə əvvəl isə Aralıq dənizi sahili ölkələrinin Türkiyə əleyhinə birgə bəyanatına İsrail imza atmayıb. Siyasi şərhçilərin fikrincə, bu iki hadisə Ankara ilə Tel-Əviv arasında münasibətlərin yenidən istiləşdiyini göstərir. Ehtimal olunur ki, yaxın vaxtlarda Türki-İsrail yaxınlaşması daha da sürətlənə bilər.

Ekspertlər bildirir ki, iki ölkənin münasibətləri qaydaya salmasının regional siyasətə də müsbət təsiri ola bilər. Xüsusilə, Ərəb-İsrail münaqişəsninin nizama salınmasında Ankara və Tel-Əvivin isti münasibəti mühüm rol oynaya bilər. Digər tərəfdən, Türkiyə həm müsəlman dünyasının öndə gedən ölkələrindən biridir, həm də münasibətlərində müəyyən qədər sərinlik yaransa da, NATO-nun üzvü kimi ABŞ-ın strateji müttəfiqidir. Bu da Ərəb-İsrail münaqişəsinin həllində Türkiyənin rolunu artıran mümühm amildir.

Türkiyənin İsraillə yaxınlaşması Azərbaycan üçün də əlverişlidir. Azərbaycan Türkiyə ilə qardaş ölkə olmaqla yanaşı İsraillə də yaxın əlaqələrə malikdir. Ankara ilə Tel-Əvivin münasibətlərində soyuqluq Azərbaycan üçün çətin sınaq idi. Ekspertlər hesab edir ki, artıq bu həssas dönəm arxada qalıb. Bu yaxınlıq Azərbaycanın bir çox məsələlərdə, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında mövqelərini gücləndirə bilər.

Alət çubuğuna keç