190 manatlıq birdəfəlik ödəmə yenidən veriləcək? – RƏSMİ

“Artıq aprel və may ayları üçün 190 manat birdəfəlik ödəmələr verilib”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O qeyd edib ki, karantin rejimi daha yarım ay uzadıldığı üçün bu məsələ operativ qərargahda müzakirə oluna bilər:

“Bütün arqumentlər nəzərə alınaraq, yəqin ki, qərar veriləcək”.

Alət çubuğuna keç