“Araşdırmaq lazımdır ki, bunu kimlər, necə, hansı yollarla yaradır” – deputat

“Kölgə iqtisadiyyatına bu vaxta qədər böyük zərbələr vurulub. Amma bu problem bu gün də kifayət qədər ciddidir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib. Millət vəkili qeyd edib ki, kölgə iqtisadiyyatının nəticələri ilə yanaşı, onun səbbələrinə qarşı mübarizə aparmaq, problemin kökünü öyrənmək olduqca önəmlidir:

“Kölgə iqtisadiyyatına qarşı daim müabrizə aparmaq lazımdır. Kölgə iqtisadiyyatı sözünün içərisində çox anlayışlar var. Onun yaranma yolları, vasitələri var. Bu yolları, səbəbləri araşdırmaq, onun kimlər tərəfindən necə yaradıldığını müəyyənləşdirmək lazımdır. Ölkə başçısının bu məsələ ilə bağlı mövqeyi ortadadır. Biz kölgə iqtisadiyyatının rolunu azaltmalıyıq. Biz iqtisadiyyatımızın inkişafını istəyiriksə, bu problemlə mübarizəyə daha çox diqqət yetirməliyik. Bu, iqtisadiyyatımızın, ölkəmizin tərəqqisi baxımından olduqca vacibdir”.

Alət çubuğuna keç