Bakıda ev və torpaq ucuzlaşır: – Tələbat azalıb

Bakıda mənzillərin və torpağın qiymətində enmə müşahidə olunur.

Bunu “Property” qiymətləndirmə şirkətinin direktoru Pərviz Qulami Cebhe.info-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, müəyyən ərazilərdə cüzi artımların olması mümkündür:

“Mövsümlə əlaqədar olaraq fərdi evlərin tikintisi üçün torpaqların qiymətində artım ola bilər. Mənzil qiymətlərində enmələr var. Tələbat olmadığı üçün qiymətlər enir”.

Ekspert qeyd edir ki, pandemiyadan əvvəlki dövrdə mənzil qiymətlərində bahalaşma var idi:

“Məlumdur ki, bazar əsasən ipoteka kreditlərinə reaksiya verir. Bu kreditlərin verilməsi başlanan zaman qiymətlərdə müəyyən artım baş verir. Pandemiya dövründə isə qiymət artımından söhbət gedə bilməz”.

Pərviz Qulami bildirib ki, yerləşdiyi ərazilərdən asılı olaraq, Bakıda mənzillərin qiymətində 1-5 faiz ucuzlaşma var.

Alət çubuğuna keç