Paşinyan Qarabağda, yaxud tərs yallı… – VİDEO

Almatı (Golden Bridge News – Hökümə Xəlilova, Ramiz Məşədihəsənli)  Azərbaycanın muğam beşiyi sayılan Şuşanın Gənclər mədəniyyət sarayında separat rejimin sayca 4-cü prezidenti Arayik Harutyunyanın qondarma “andiçmə” mərasimindən sonra Azərbaycanda gərginlik və müzakirələrin davam etdiyi bir vaxtda həmin tanınmamış Qarabağ Respublikası ilə duymadıqlarınız bəzi məqamları diqqətə çatdırmaq istərdim.

Baxın, Arayik and içərkən əsas nələri vurğuladı: Daha xəyal etməyəcəyik. Artıq vaxt gəlmişdir. Bütün etmənistanın arzularını yerinə yetirmək üçün əlimdən gələni əsirgəməyəcəyəm və buna söz da söz verirəm. Arcaxın təhlükəsizliyini təmin edəcəyimə and içirəm.

Sonda Arayik pafos və həyəcanla səsini qaldıraraq – Arcax Ermənistandır!

Qeyd edək ki, andiçmə mərasimində iştirak edən Ermənistanın baş nazir Nikol Paşinyan qondarma Dağlıq Qarabağın yeni rəhbəri Araik Harutyunyanla danışıqlarında bir maraqlı detal diqqət çəkdi. Azərbaycanın ötən 30 ildən bəri münaqişənin sülh yolu ilə həllinə çalışmasının əksinə, jnlar söhbət əsnasında münaqişənin həlli mövzusuna praktik olaraq heç toxunmadılar. Paşinyan dedi ki, Şuşa bizim qürurumuzdur, mən də buraya daha sıx-sıx gələcəyəm. Əməkdaşlığımızı genişlədərək xaricdəki ermənilərimizin də köməyinə arxalanaraq hər cür  köməyimizi Arsaxa davam etdirəcəyik. ictimaiyyət tərəfindən. Erməni dövləti olaraq Bakının təhdidlərinə əhəmiyyət verməyərək, birlikdə Qarabağı istənilən yolla qoruyacağıq. Paşinyan sonra deyib ki, Ermənistan və Qarabağ liderlərinin İrəvanda və Stepanakertdə kimin hakimiyyət başında olmasından asılı olmayaraq, sıx əməkdaşlıq şəraitində çalışacağıq. Hər hansı bir siyasi oyun və intriqalar adətən arxa plana keçməlidir.

Xatırladaq ki, əvvəllər baş nazir postunu tutan və daha sonra Azad Vətən partiyasına rəhbərlik edən Araik Harutyunyan rəsməntanınmamış Dağlıq Qarabağ Respublikasının prezidenti seçildi.

Bu qısa süjetimizin hələlik yekunu üçün bir neçə sual ortaya çıxır.  Nikol paşinyan separatçı rejimin qondarma seçkisindən sonra keçirilən “andiçmə” mərasiminə qatılmaqla o, arxalı olduğunu nümayiş etdirdi. Dünyanın heç bir dövləti, o cümlədən Ermənistan Azərbaycanın işğal altında olan torpağında qurulan “strukturu” və “rejimi” tanımır. Bu halda rəsmi Yerevan təmsilçilərinin işğal edilən qonşu dövlətin torpaqlarında nə işi var? Bu ərazidə ikinci bir erməni dövlətinin yaranması prosesinə beynəlxalq ictimaiyyət niyə göz yumur? Ermənilərin başını beynəlxalq vasitəçiləri niyə sığallayır? İşğalçı dövlətə qarşı niyə sanksiya tətbiq edilmir? Və nəhayət, Azərbaycan niyə terrora qarşı mübarizə hüququndan istifadə etmir?

Paşinyan hələ Qarabağda qədim Azərbaycan yallısı Köçəri oynamağında olsun, biz də ona tərs yallı oynamağı necə edəcəyimizi düşünmekdə…

Söhbətimizin davamı olacaq…

Tags: 

Alət çubuğuna keç