Dağlıq Qarabağda qondarma “andiçmə mərasimi” oldu – VİDEO

Almatı (Golden Bridge News – Hökümə Xəlilova, Ramiz Məşədihəsənli)  Bəli, ermənilər istədiklərini elədilər. Azərbaycanın incisi, konservatoriyası saydığımız ermənilərin tapdağı altında olan Şuşada qondarma “Qarabağ Respublikası”nın sayca 4-cü presidenti seçilən Arayik Harutyunyanın andiçmə mərasimi  keçirildi.

Bu görüntülər Xankəndidir… Azərbaycanın əzəli torpaqlarının işğalından ötən 28 il ərzində ermənilər sanki bütün vəsaitlərini Qarabağa yönəldərək sürətlə quruculuq işləri görüblər…

Gəlin sıralayaq tanınmamış separatçı rejimin prezidentlərini. Birinci prezident Robert Koçaryan olub… İkincisi terrorçu başı Arkadi Qukasyan, 5 ildən sonra Bako Sahakyan, günümüzdə isə 47 yaşlı Arayik Harutyunyan.

Diqqətlə baxın cıdır düzünün füsunkar mənzərəsinə və ermənilərin at oynatdığı tarixi abidələrimizə… Ermənilərin 1828-ci ildə Qarabağa yerləşdirilməsindən sonra zaman zaman havadarlarının köməyi ilə əsrlərdən bəri bu torpağın sahibi olan azərbaycanlıları soyqırıma uğradaraq təmizləmə işləri həyata keçirmişlər…

Qondarma andiçmə mərasimindən öncə Arayik Harutunyan yaxın keçmişdə qədim adıyla saxta yaradılan piri ziyarət edib and içmişdir.

Bu görsəllər də keçən əsrin əvvəllərində ermənilərin Şuşada törətdiyi qanlı terrorların, dağıntıların izləridir. Adımı qoyum sənə, səni də yana-yana atalar sözü var. Özlərinin törətdiklərini azərbaycanlıların ayağına yazan ermənilərin Şuşada ucaltdıqları xatirə abidəsini Arayik qondarma andiçməyə getmədən öncə ziyarət edir.

Şuşadır. Ermənilər qədim Şuşanı yerlə bir edərək yeni binalar inşa ediblər… Dərindən ah çəkməkdən başqa hələ ki bir şey edə bilmirik… Çox təəssüf… Qondarma andiçmə mərasimi 21 may 2020-ci il axşama doğru saat 18-də burada – Şuşa Gənclik mədəniyyət sarayında olacaq… Və mərasim başlayır…  Həm Beynəlxalq ictimaiyyət, həm də Azərbaycan dövləti tərəfindən rədd edilən “seçki” şousunun davamı nə yazıq ki, qanayan yaramız, ağrımız olan Şuşada qondarma andiçmə mərasiminin baş tutmasıydı.

Təbii ki, qondarma mərasim danışıqlar prosesini pozmağa hədəflənmiş bir təxribatdır və sülhə cəhddə yalnız riyakarlıq olduğunu göstərir.

Erməni Şuşada and içdi, biz də kənardan əli qələm tutan, ağzı söz söyləyən yanıb-yaxılanlarsa köks ötürüb, az qala dünyanın ən güclü ordularından biri sayılan Azərbaycan ordusunun terrora qarşı lüləsini o mərasim yerinə tuşlayaraq əməllicə dərs verəcəyini xəyal edirdik… Azərbaycan bu cür hərəkət etsəydi belə, heç bir ölkə, heç kəs onu günahlandırmazdı. Çünki Azərbaycan işğal altında olan doğma torpaqlarını düşmən tapdağından azad edirdi… Üç nöqtə…

Alət çubuğuna keç