Azərbaycanlı milyarderdən Mübariz Mənsimovla bağlı ŞOK SÖZLƏR

“Mənə dəfələrlə bu sualla müraciət ediblər ki, nəyə görə Mübariz Mənsimovun ətrafındakı situasiya ilə bağlı susuram”.

Bu sözləri Rusiyanın eks- senatoru, Azərbaycan əsilli milyarder Fərhad Əhmədov özünün feysbuk səhifəsində yazıb.

Xatırladaq ki, Mübariz Mənsimov bu ilin martında İstanbulda həbs olunub. O, fətullahçı terror təşkilatı FETÖ ilə əlaqələrdə ittiham olunur. KİV-lər dəfələrlə Əhmədov və Mənsimov arasında dostluq münasibətlərinin olduğu haqda yazıblar. Məhz bu baxımdan milyarderin bu statusu ictimaiyyət üçün maraq doğurmalıdır və bunu nəzərə alaraq F.Əhmədovun şərhini oxuculara çatdırırıq:

“Dərhal cavab verirəm ki, susmuram. Mən onun məsələsi ilə bağlı Türkiyədə ən yüksək səviyyədə müraciət etmişəm. Lakin hamı başa düşməlidir ki, bu onların ölkəsidir, onların məhkəməsidir. Mən dəqiq bilirəm ki, bu məsələdə həm publiklik, həm istintaqın gedişinə və məhkəmənin qərarına hansısa formada təsir göstərmə cəhdi, xüsusən də prezidentin mövqeyinə təsir göstərmək cəhdi ancaq əks effekt verə bilər. Mən bunu başqalarından daha yaxşı bilirəm. Son illərdə şəxsən iki dəfə Rusiya ilə Türkiyə arasında problemlərin “yoluna qoyulmasında” iştirak etmişəm, o cümlədən sonuncu dəfə beş ay əvvəl.

Mən onun şirkətinin spesifik fəaliyyəti ilə tanış deyiləm, ona görə də ancaq bildiyimi deyə bilərəm. O, uzun illər ərzində öz biznesini üç dostu ilə sıx qarşılıqlı əlaqə şəraitində qurdu. Onlardan birini mən yaxından tanıyıram və yeri gəlmişkən, Mübariz ona hörmət əlaməti olaraq “dayı” deyərdi. Bizi də o tanış eləyib. Lakin son vaxtlar Mübariz hamı ilə münaqişəyə girdi, sayəsində iri biznesmenə çevrildiyi adamlara qarşı getdi, axı onlarsız, təkbaşına o tanker donanması qura bilməzdi. Necə deyərlər, “Pozma, dostla, yoldaşla təması, yaman olar onun davası”.

F.Əhmədov daha sonra yazır ki, dörd ay əvvəl Mübariz Mənsimov kömək üçün ona müraciət edib: “Mən bacardığımı elədim, amma şərt qoydum ki, o publik olaraq öz partnyorları qarşısında üzr istəsin. O razılaşdı, amma sonra nə oldusa oldu. Məni narahat edən odur ki, Mübarizə qarşı dörd əsas şahid nəinki onun şirkətinin rəhbərləridir, eləcədə oun yaxın dostlarıdır. Nə baş verib? O, öz əməkdaşlarının və dostlarının etimadını itirib? Lakin həbsdə olanlar və rəhmətə gedənlər haqda ya danışmırıq, ya ancaq yaxşı şeylər danışırıq.

Onun keçmiş əməkdaşları və dostları, mənə məlum olduğuna görə, Mübarizin terrorçularla əlaqələri haqda danışıblar. Bu haqda, onu hansısa radikal təşkilatlarla əlaqələri haqda heç nə deyə bilmərəm. Mənim yanımda o, belə söhbətlər aparmayıb və heç vaxt Fətullah Gülənin adını çəkməyib. Əksinə, o mənə həmişə deyirdi ki, Ərdoğanın tərəfdarıdır. Mən həqiqətin və ədalətin gücüə inanıram. Zaman hər şeyi öz yoluna qoyacaq. Ona görə də istintaqın və məhkəmənin nəticəsini gözləyək”,-Fərhad Əhmədov yazır.

Alət çubuğuna keç