Problemləri özlərindən ağır olan Məhəmmədli sakinləri Abşeron icra başçısından narazıdır

Azərbaycanın qədim yurd yerlərindən biri də Abşeron rayonunun Məmmədli kənd yaşayış sahəsidir.

Problemləri özlərindən ağır olan bu sakinlər “Kürdəxanı Türməsi” kimi tanınan Bakı İstintaq Təcridxanasına yaxın ərazidə yaşayırlar. Kəndin infrastrukturu dəyişərək böyük bir qəsəbəyə çevrilsə də, nədənsə adıçəkilən yaşayış məskəni problemlərdən yaxa qutara bilməyib. Bu problemlərə, qarşıdakı şətinliklərə aydınlıq gətirmək üçün yolumuzu kəndin mərkəzindən saldıq. Çirkab və kanalizasiya suları yol boyunca üzüaşağı axırdı.Ətraf sanki zibilxanaya bənzəyir. Sakinlər deyir ki, yollar asfaltlanmadığından yağış yağanda kənddə palçıq əlindən tərpənmək olmur. İndiyədək kənd yollarının abadlaşdırılması üçün yerli icra orqanlarına müraciət etsələr də, vəziyyət dəyişmir.

Sakinlərin öz hesablarına çəkdikləri çınqıl yol asfaltlanmadığı üçün dağılıb. Buna görə, onların şəhərə çıxışı çətinləşib. Yol probleminə görə təcili tibbi yardım maşınları belə çağrışa gəlməkdən imtina edirlər. Həmçinin, əraziyə avtobus marşurutu yoxdur. Taksi xidmətindən də yol probleminə görə səmərəli istifadə edə bilmirlər. Heç bir taksi həmin əraziyə gəlmək istəmir. Kanalzasiya ilə bağlı vəziyyət daha acınacaqlıdır. Bütün çirkab sular yaxınlıqdakı kiçik göllərə axıdılır.

Adı çəkilən ərazisində telefon və internet rabitəsinin də olmadığı bildirilir.

Sakinlər problemlərlə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsələr də nəticəsi olmayıb. İcra hakimiyyəti problemin Avtomobil Yolları Dövlət Agentliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həll olunmasını bildirib. Ad çəkilən qurumlardan isə səs-səda yoxdur.
Əslində İcra başçılarının həbsi digərlərinə də dərsolmalıdır, amma göründüyü kimi, bəzi icra başçıları bundan narahat olmur və öz qeyri-qanuni əməllərini davam etdirirlər.

Alət çubuğuna keç