Paşinyan yenə vertolyotla çəkinmədən Xankəndinə düşdü və Şuşaya yollandı… – FOTO

İşğalçı ölkənin Baş naziri N.Paşinyan artıq “en”-ci dəfə müstəqil(!) Azərbaycan Respublikasının sərhədlərini tapdayaraq işğal altındakı Qarabağa gəlib.

Rubrika.Az moderator.az-a istinadla xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, mayın 21-də N.Paşinyan arvadı Anna Akopyanla birgə vertolyotda heç bir qorxu-hürkü hiss etmədən Xocalı yaxınlığındakı aeroporta enib. Onu burada separatçı-terrorçu rejimin köhnə rəhbəri Bako Saakyan və arvadı Lilit Saakyan, eləcə də yeni rəhbər Araik Arutyunyan və arvadı Kristina Arutyunyan qaşılayıblar.

Sonra isə Ermənistan lideri adları çəkilənlərlə birgə Qarabağın yeni “seçilmiş” “prezident”inin təntənəli andiçmə mərasiminə qatılmaq üçün Şuşaya yollanıb.

P.S. Yəqin, ermənilər axşam yeyib-içəndə bizim boş, nəticəsiz hədə-qorxumuza doyunca güləcəklər… Gerçəkdən elə gülməli, yazıq, biabırçı gündəyik…

Alət çubuğuna keç