Kamil Zeynallı azadlığa çıxdı

Karantin qaydalarını pozduğuna görə həbs edilən idmançı Kamil Zeynallı azadlığa çıxıb.

Bu barədə Rubrika.Az-a vəkil Adəm Məmmədov məlumat verib.

Onun sözlərinə görə, K.Zeynallının barəsindəki inzibati həbs müddəti başa çatıb və azadlığa buraxılıb.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsi mayın 12-də K.Zeynallıya 10 sutka müddətinə inzibati həbs cəzası verib.

O, karantin qaydalarını pozaraq SMS icazə almadan evdən çıxdığına görə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cəzalandırılıb.

Alət çubuğuna keç