Əhaliyə ŞAD XƏBƏR – Sabahdan etibarən 300 manat…

Gələn ildən pensiya, orta aylıq əməkhaqqı, müavinətlər və bəzi peşə sahiblərinin maaşların artması gözlənilir.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, 2020-ci il yanvarın 1-dən pensiyalar (bütün, o cümlədən minimum pensiya) orta aylıq əməkhaqlarının artımı qədər – təxminən 13-14 faizə yaxın artırılacaq.

Keçmiş deputat Musa Quliyev isə dekabr ayının 2-də Azərbaycan Televiziyasının “Telesəhər” verilişində bildirib ki, əmək pensiyaları haqqında qanuna edilən son əlavə və dəyişikliklərə görə pensiyalar orta aylıq gəlirin artım faizinə görə indeksləşdirilir:

“2019-cu ildə bizim orta aylıq əmək haqqımız təxminən 14 faiz artıb. Deməli, gələn il bütün kateqoriyalardan olan pensiyalar, ən azı, 15 faiz artacaq. Minimum pensiya 200 manatdırsa, gələn il 230 manat olacaq.

Hazırda orta aylıq pensiya 250 manat təşkil edirsə, gələn il ərzində bu rəqəm 300 manata çatacaq.

Bundan başqa, 2020-ci ilin dövlət büdcəsinin xərcləri bu illə müqayisədə 6,8 faiz artıb. Sosial müdafiə xərclərinin isə 23 faiz artımı nəzərdə tutulub. Bu o deməkdir ki, gələn il əmək haqları,pensiyalar, müavinətlər artacaq”.

Alət çubuğuna keç