Vitse-spiker: “Paşinyan sayıqlayır”

“Ermənistan siyasi dairələrində və mətbuatında Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadə barədə deyilənlər təxribatdır”. 

Bunu Milli Məclisin iclasında parlament sədrinin müavini Fəzail İbrahimli deyib.

O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın M.Ə.Rəsulzadəni faşist Almaniyası ilə əməkdaşlıqda ittiham etməsi sayıqlamadır:

“Bu sayıqlama haradan qaynaqlanır? Adam güclü zərbə alanda sayıqlayır. Paşinyan xəyanətkardır. Onun babası özü faşistlərə xidmət edib”, – deyə F.İbrahimli əlavə edib.

Alət çubuğuna keç