ABŞ-dan İrana qarşı gərginliyi artıracaq SƏRT QƏRAR: Daxili işlər naziri və ailəsi… – FOTO

ABŞ Dövlət Departamenti İranın Daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli, ailə üzvləri və digər 11 rəsmiyə sanksiya tətbiq edib.

Bu barədə dövlət katibi Mayk Pompeo bildirib.

O qeyd edib ki, insan haqlarının pozulmasında iştirak edən iranlı rəsmilərə ABŞ-a səyahət qadağası tətbiq olunacaq.

ABD'den İran İçişleri Bakanı Fazli ve 11 İranlı yetkiliye seyahat yasağı

 

Pompeo Fəzlinin İrandakı etiraz aksiyalarına qatılanlara qarşı zorakılıq tətbiq olunması istiqamətində polislərə təlimat verərək insan haqlarının pozulmasında böyük pay sahibi olduğunu deyib: “Fəzli və rejimin hədəfi etiraz aksiyaları, eyni zamanda ifadə azadlığı haqlarına təzyiq göstərməkdir. Bu təlimat 23-ü uşaq olmaqla, bir çox etirazçının ölümünə səbəb oldu”.

Qeyd edək ki, iranlı rəsmilər ABŞ Dövlət Departamenti ilə yanaşı, Maliyyə Nazirliyinin də “qara siyahısı”na salınıb.

Zümrüd

Alət çubuğuna keç