Kolbasaya əlavə edilən kimyəvi maddələrin TƏSİRİ

İstehlakçılar icazə verilən qida əlavələrindən qorxmamalıdır, əksinə istifadəsinə diqqətlə yanaşılmalıdır.

“Life.ru”ya xəbər verir ki, rusiyalı ekspertlər bir çox tanınmış məhsullarda məsələn, alma pektini (E440), limon turşusu (E330) və ya askorbin turşusu (E300) olduğunu deyib. Bundan başqa, bir çox əlavələr istehsal vaxtı təhlükəsizlik məqsədilə istifadə olunur. Məsələn, konservant natriumun (Ye250) nitriti qaynanmış, hisə verilmiş və qurudulmuş ət məhsullarının hazırlanması vaxtı əlavə edilir, çünki o kolbasanın rənglənməsinin fiksatoru rolunda çıxış edir. Antiokislitel və antibakterial xüsusiyyətlərə malikdir, eyni zamanda məhsulları botulizmin bakteriyalarından müdafiə edir.

Bəzi əlavələr – məsələn, benzoik turşusu giləmeyvə və pendiri çürüməkdən qoruyur. Kükürd dioksidi (E220) bakteriya və göbələklərin böyüməsinin qarşısını almaq üçün istifadə olunur, eyni zamanda meyvə-tərəvəzlərin enzimatik qaralmasına mane olur.

İcazə verilən əlavələr arasında qida boyası (E100 – E199), konservantlar (E200 – E299), antioksidantlar (E300 – E399), stabilizatorlar (E400 – E499), emulsifikatorlar (E500 – E599), ləzzət və ətir artırıcıları (E600 – E699) da var.

 

“Sadalanan əlavələrin hər hansı birini təmiz formada və çox miqdarda istifadə etsəniz, əslində sağlamlığa zərərli ola bilər. Ancaq bu ümumi mənada əksinədir”, – deyə Federal Dövlət Büdcə Təşkilatı Qidalanma və Biotexnologiya Federal Tədqiqat Mərkəzinin qida kimya laboratoriyasının müdiri Vladimir Bessonov qeyd edib.

Bununla birlikdə Rusiya Keyfiyyət Sistemi (“Roskaçestvo”) qadağan olunan əlavələrin də olduğunu xatırladıb. Bunlara boyalar daxildir: alkanin (E103), sitrus qırmızı 2 (E121), qırmızı amarant (E123), qırmızı 2G (E128) və qoruyucu maddələr: para-hidroksibenzin turşusu propil efir (E216), para-hidroksibenzin turşusu propil efir sodium ( E217) və formaldehid (E240). Bədənə zərər verə biləcəyi üçün onların Rusiya ərazisinə gətirilməsi, həmçinin bu əlavələr olan məhsulların satışı qadağandır.

Aytən Məftun

Alət çubuğuna keç