Lənkəranda növbəti dəfə pulsuz maska payladılar

Gəncə şəhər İcra Hakimiyyətinin təşəbüsü ilə “Maska istehsal et və pulsuz olaraq vətəndaşlara payla” aksiyası Sahibkar Qadınlar İctimai Birliyinin sədri və Qızıl Əllər MMC -nin direktoru Zenfira Ağayevaya həvalə olunmuşdur. Regionlarda Birliyin üzvləri bu aksiyaya qoşularaq pulsuz maska istehsal edərək vətəndaşlara paylayırlar. Hazırda Lənkəran Dostluq MMC – nin direktoru və Lənkəran Sahibkar Qadınlar İctimai Birliyinin sədri, xeyirxah insan, Hacıxanım Zərnitaç İsmayılova da Lənkəranda maska istehsalına başlayıb və vətəndaşlara təmənnasız maska paylayıblar.
               
Qisməndə olsa vətəndaşları maska ilə təmin etməyi bacara bildilər. Şəhərdə insanların sıx toplaşdığı yerlərdə ( market, bank, asan xidmət və.s) maskası olmayan vətəndaşlara maskalar verildi. Bu isə insanlar tərəfindən ruh yüksəkliyi ilə qarşılandı. Eyni zamanda insanlar arasında maskadan istifadə etməyin nə qədər vacib olduğu təbliğatı aparıldı. Özümüzü və ətrafımızdakı insanları qorumaq və xüsusi diqqətə ehtiyyacı olan yaşlılarımızı qorumağı və maskadan istifadə etməyi təbliğ etməyə başlayıblar. Arzu edirik ki, bütün rayonlar da Gəncə şəhərində başlayayn bu aksiyaya qatılsınlar.
Kamran Orucov
Sabaha-inamla.Az

Alət çubuğuna keç