İsmayıllının yeni başçısı ilə bağlı ilginc iddialar: Nahid Bağırovun müəmmalı tələbəliyi və…

Əslində, Nahid Bağırova bir həftə əvvəl cənab Prezident tərəfindən rəsmi qaydada verilən töhmət heç də onun İsmayıllıda karantin rejimini pozmasına görə deyil, onun Bakıdakı “Qoşa qala” restoranındakı hoqqalarına görə verilmişdir. Bəs “Qoşa qala”da nə baş vermişdir? Az sonra bu barədə ətraflı bəhs etməyı çalışacağıq…

***

Nahid Bağırovun tesdən keçmədən Azərbaycan Beynəlxalq Universitetini bitirdiyi barədə şikayət məktubu var:
…Prezident İlham Əliyev bu ilin martın 5-də Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul etdi. Prezident onlara tövsiyyələrini verərək demişdir: “Mən sizi – birinizi Neftçala, birinizi də İsmayıllı rayonuna icra başçısı vəzifəsinə təyin edirəm. Əminəm ki, siz bu yüksək etimadımı doğruldacaqsınız və elə işləyəcəksiniz ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də mən sizin işinizdən razı olum. Buna nail olmaq üçün, sadəcə olaraq, mənim tapşırıqlarımı yerinə yetirmək lazımdır. Bu tapşırıqlar da çox sadədir – vətəndaşlarla bir yerdə olmaq, daim xalq arasında olmaq, xalqın qayğıları ilə yaşamaq, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparmaq, rayonların sosial-iqtisadi inkişafına töhfə vermək. Əgər siz bu tapşırıqlarımı layiqincə yerinə yetirsəniz, həm dövlət sizin işinizdən razı olacaq, həm də vətəndaşlar… Biz gənclərə yol açmalıyıq, meydan verməliyik, yeni təfəkkürlü insanlar önəmli vəzifələrə təyin edilməlidirlər. Biz köhnə psixologiyanı bu yollarla qıra bilərik. Cəmiyyətimizi sarsıdan xoşagəlməz hallara ancaq bu yollarla son qoya bilərik. Ona görə rəhbərlik edəcəyiniz rayonlarda işlər sizin fəaliyyətinizdən asılı olacaq. Əgər sizə göstərilən böyük etimadı bütövlükdə doğrultmasanız bu, eyni zamanda, cəmiyyətdə də məyusluq yaradacaq. Deyəcəklər ki, yeni insanlar gəldi, gənclərdir, yeni təfəkkürlə, yeni yanaşma ilə, amma eyni yolla gedirlər. Ona görə bir daha sizə ciddi tapşırıram ki, əsas vəzifəniz bütün işləri düzgün qurmaq və xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaqdır. Bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız”.

Bəs Nahid Bağırov niyə iki ay sonra Prezidentin töhmətini aldı?

Bəli, Prezident İsmayıllının icra başçısına bütün gələcək fəaliyyət istiqamətlərini izahladı, ona lazımi tövsiyyələrini verdi. Bəs başçı bu tövsiyyələrdən neçə nəticə çıxardı? İsmayıllıdan elektron ünvanımıza daxil olan şikayət məktubunda isə Nahid Bağırovun bu tövsiyyələrə necə əməl etməsi barədə narahatlıq doğuran fikirlər yer alıb. “…Siz Nahid Bağırovun tərcümeyi-halına diqqət versəniz, görərsiniz ki, o, 1979-cu ilin 4 aprelində anadan olub. Təqdimatda dolaşıqlıq dərhal diqqəti cəlb edir. Deməli, Prezidentə doğru sənədlər təqdim edilməyib. Çünki onun atası da, qayınatası da arxalı və imkanlı, əlaqəli şəxslərdir… Baxın, əgər başçının 6 yaşından 1-ci sinfə getməsini nəzərə alsaq, deməli, o, 1985-ci ildə 1-ci sinfə gedib, 11-ci sinfi 1995-ci ildə bitirib. Amma tərcümeyi-halından bəlli olur ki, o, 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirb. Bəs Necə olub ki, o, Bakıda iki tanınmış orta məktəbdə təhsil alıb, amma ən azı orta səviyyəli dövlət ali məktəblərindən birinə deyil, ABU-ya qəbul olub? Hansı ki, əldə edilən məlumatlardan bəlli olur ki, 1999-cu ildə ABU-da hüquq fakültəsi ləğv edilmişdi və ümumiyyətlə, bütün ali məktəblərə tələbə qəbulu yalnız TQDK-nin (indiki DİM) test imtahanları ilə mümkün idi. Və o, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq Fakültəsinin əyani şöbəsini də bitirir. Lakin N.Bağırovun tərcümeyi-halından məlum olur ki, o, yalnız 2000-2001-ci illərdə, yəni ABU-nu bitirdikdən sonra hərbi xidmətdə olmuşdur. Üstəlik, tərcümeyi-halından məlum olur ki, N.Bağırov 1998-2000-ci illlərdə Bakı şəhəri Sabunçu rayon Məhkəməsində katib vəzifəsində işləmişdir. Sual olunur: 1999-cu ildə o, ABU-nun əyani şöbəsini bitiribsə, 1998-2000-ci illərdə necə məhkəmə katibi işləmişdir? Onu tanıyanlar isə yaxşı bilir ki, N.Bağırov bütün bunlara uzun illər DİN-nin Tibb İdarəsinin rəisi işləmiş qayınatası polkovnik Bəhruz Səfərəliyevin sayəsində əldə etmişdir. Xahiş edirik, Dövlət İmtahan Mərkəzinə sorğu göndərin və əsl həqiqət üzə çıxacaq. Çünki ona ABU-nun diplomunu ABU-nun keçmiş prorektoru, 2003-cü ildə müəmmalı şəkildə yoxa çıxmış, MTN-nin zabiti Mahir Abdullayev olmuşdur. Özü də Elçin Mahmudov adlı şəxsin vasitəçiliyi ilə. İndi özünüz nəticə çıxarın, prezident iki ay əvvəl qəbul edərkən N.Bağırova tövsiyyələrini verir, iki ay sonra Nahid Bağırov Prezidentin sərəncamı ilə töhmət alır. Bu azmış kimi, bu töhmətdən də nəticə çıxarmayan icra başçının bu töhmətindən 6 gün sonra-aprelin 27-də İsmayıllının şəhər icra nümayəndəsi Məhərrəm Əhmədov qanunsuz əməlləri ilə bağlı DTX tərəfindən həbs edilir. İcra başçısı N.Bağırov doğrudanmı M.Əhmədovun korrupsiya əməllərindən xəbərsiz imiş? Sual budur. Hörmətlə: İsmayıllı rayon sakinləri: R.Həsənov, T.Yaqubov və başqaları”

Bəs Nahid Bağırovun icra nümayəndəsi niyə həbs edildi?

Şikayət məktubunda da qeyd olunduğu kimi, Prezident İlham Əliyev iki ay əvvəl Nahid Bağırova ciddi tapşırıqlar və tövsiyyələrini verir, üstündən az keçmiş o, koronavirusla bağlı karantin rejimini pozduğuna görə Prezident tərəfindən töhmət alır. Bu da azmış kimi, Nahid Bağırovun bu töhmətinin heç “yeddisi” çıxmamış, İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Baş Prokurorluqdan daxil olan rəsmi məlumatdan sitat: “Aparılmış tədbirlərlə Məhərrəm Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir. Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkar edilmiş və müəyyən edilmişdir ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olmuş, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimsəmişdir. Bununla yanaşı baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə verilmiş qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları və digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülmüşdür.
İstintaq zamanı toplanmış ilkin sübutlar əsasında fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmış, M.Əhmədov şübhəli şəxs qismində tutulmuşdur”.
***
Məsələləyə aydınlıq gətirmək üçün İsmayıllı RİH-nin başçısı N.Bağırovla əlaqə saxlamaq cəhdimiz baş tutmadığından RİH-in elektron poçtuna rəsmi sorğu göndərildi və yuxarıda qeyd edilən yazıya yayımlanmamışdan əvvəl mövqe bildirilməsi xahiş edilmişdir.
Bundan başqa, Dövlət İmtahan Mərkəzinə də sorğu hazırlanmışdır, RİH-nin rəsmi mövqeyini gözləyirik. Əlavə məlumat veriləcək.(tezadlar.az)

Alət çubuğuna keç