“Facebook” mesencerinə qrup zəngləri funksiyasını əlavə edib

“Facebook” şirkəti öz mesencerinə “Messenger Rooms” adlanan qrup halında zəng etmək funksiyasını  əlavə etdi.

Yeni funksiya 50 nəfərədək iştirakçıya ümumi videozənglər etmə imkanı yaradır.

İştirakçıların videosu mozaika şəklində, bir kompüterdə 16-ya qədər, mobil cihazda isə 8-dək görüntü ilə izlənilə bilər.

Qrup zəngində iştirak etmək üçün “Facebook” istifadəçiləri bir-birlərinə bağlantılar göndərməlidirlər. Bunun üçün əlavə tətbiqlərin quraşdırılmasına və hesabların açılmasına ehtiyac yoxdur.

Həmçinin “WhatsApp”da da qrup video konfrans funksiyası üzərində işlər aparılır. Hazırda bu mesencerlə maksimum səkkiz nəfərədək iştirakçı qrup şəklində video zəng edə bilir.

APA

Alət çubuğuna keç