Azərbaycanda nazirlikdə yüksək TƏYİNAT

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.

Məlumata görə, bu barədə müvafiq əmri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev imzalayıb

Əmrə əsasən, Vüqar Süleymanov Aparat rəhbəri təyin edilib.

O, bundan əvvəl ETSN-də şöbə müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, keçmiş aparat rəhbəri Vüqar Kərimov bir neçə gün əvvəl Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilib.

Bununla bağlı ilk xəbəri Unikal.org yayıb.

Alət çubuğuna keç