Əsl alimlərə dəyər verməliyik.

Fikirləşirəm ki Azərbaycanda alimə, şairə, müstəqil jurnalistə necə qiymət verilir?
Ya gərək məddah olasan ki, qabağa gedəsən, ya da hər hansı bir nazirin adamı olasan .
Amma yaltaqlıq da bir sənətdir, Həyalı, qürurlu insanlar bu peşəyə yiyələnə bilməzlər .
Bir neçə ay bundan əvvəl ömrünu qədim tariximizin araşdırılmasına həsr etmiş və yaş məhdudiyyəti ilə əlaqədar rektorun düşüncəsiz və qərəzli qərarıyla işdən çıxarılmasından sarsılaraq cəmi 8 gün yaşamış akademik Vəli Əliyev dünyasını dəyişərkən fəxri xiyabanda dəfn edilməliydi . Dünən isə
” Şöhrət ” ordenli akademik Kərim Kərimov dunyasını dəyisdi . Elə bildik ki dünya şöhrətli alimi fəxri xiyabanda dəfn edəcəklər. Amma Kərim Kərimov da Volçi vorota deyilən qəbirsanlıqda dəfn edildi.Əlbətdə ki torpaq torpaqdır, amma məni təsirləndirən isə odur ki, dövlət qəzetlərində nekroloq verilmədi. Gərək AMEA – nın rəhbərliyi öz əməkdaşını hörmətli tutaydı. Axı ömrünün 70 ilini yerin dərin qatlarından neft və qaz yataqlarının axtarışına , qara qızılın çıxarılmasına həsr etmiş bir alimin sükutla dəfn edilməsi məni çox təsirləndirdi .
Uzun illər Geofizika institutuna rəhbərlik etmiş alimin dəfnində SOCAR-ın
səlahiyyətllilərindən heç birinin istirak etməməsini karantin rejimi ilə əlaqədar üzürlü qəbul etsək də , ailəsinə adi bir baş sağlığının verilməməsi alimə verilən qiymətin baris nümunəsi deyilmi?
” Tək səbir ” qəzetinin redaktoru olmuş və 50 il mətbuat sahəsində çalişmış dostumuzun dünyasını dəyişənə qədər yataqxanada qalması da məni çox kədərləndirdi.
Onu da qeyd edim ki, akademik Xoşbəxt Yusifzadənin dostu olmuş Kərim Kərimov haqqında nə yaxşı ki vaxtında kitab yazıb görkəmli alimi az da olsa sevindirə bildik.
. Yazıçı dostumuz Xeybər Göyyallının Kərim Kərimov haqqında vaxtilə yazdıgı romanı da çap etdirməklə mərhum akademikə az da olsa sağlığında xidmət edə bildik.
Məni düşündürən odur ki biz niyə sağlıgında alimlərimizə ,ziyalımıza qiymət verə bilmirik?
Gəlin insana dəyər verməyi bacaraq, paxıllıq hisslərindən uzaq olaq. Xarici ölkələrin nüfuzlu institutlarında bu alimlərə sərfəli iş təklif etsələr də vətən sevgisi onların qərib ölkəyə getmələrinə mane olmuşdur .
Əsl alimlərimizi gərək vaxtında dəyərləndirək,onlara son nəfəslərinə qədər etiram göstərək.
Əgər dövlət rəhbərinə düz məlumat çatdırılsaydı, heç olmasa televiziyada, bu alimlərin fəaliyyətləri barədə vaxtilə çəkilmiş filmləri təmənna güdmədən təkrar göstərərdilər.
Şöhrət ordenli alim həm də siyasi karikaturaçı rəssam idi, Azərbaycan Rəssamlar İttifaqının üzvü idi .
Dünyanın bir çox ölkələrində sərgiləri təşkil olunmuşdu. İstanbulda keçirilmiş sərgidə Türkiyənin baş naziri Məsud Yılmazın istirakı qürurverici deyildimi? Bu sərgidə satılan karikaturalardan əldə olunmuş gəlirin 100 min dollarıni yeni yaranmaqda olan .illi ordumuzun hesabına keçirdən məhz Kərim Kərimov olmuşdur .Soyasi karikaturaları da terroru, ermənizmi lənətləyən Kərim Kərimovu ermənilər aradan götürmək istəsələrdə o əqidəsini dəyişməmisdir .Amerikanınnnüfuzlu dairəsində dünya alimləri qarşisında neft sahəsində ingilis dilində elmi məruzələr etmiş və İlin alimi, İlin ixtiraçısı adına dəfələrlə layıq görülmuş belə bir şəxsiyyəti niyə urvatsız tuturuq?
İnsanlar bu qədərmi ucuzlaşıb. Ətalət bizi niyə üstələyir. Axı xariçi ölkələrdə belə savadlı insanları çıraqla axtarırlarsa, biz niyə öz biliyi ilə ucalan elm potensiallarımıza vaxtında diqqət ayırmırıq?
Bu haqda düşünməyə dəyməzmi?
Yenə də dövlətimiz sağ olsun ki bir ildən çox idi ki, evində xəstə yatmış, özünə qarşı haqsızlığı görmuş Kərim Kərimov Prezident təqaüdünə layiq görüləndən bir neçə ay sonra dünyasını dəyişsə də qəlbində bəlkə də umu – küsünü kənara ataraq yəqinki sevinmişdir.Onu da bildirim ki, xəstə ola- ola Yasamal Rayon Ağsaqqallar şurasında içlas keçirdərək onu bu içtimai işdən icra hakimiyyətinin göstərişi ilə kənarlaşdırmaları, laqeyidlik dünya şöhrətli alimi daha da sarsıtmışdır .Bu qədər fəaliyyət göstərəsən, budurmu elmə qiymət ? Nə qədər ki, alimlərin başında duranlar yazdırdıqları elmi işlərlə tez bir zamanda akademik olurlar , Kərim Kərimov 20 dən çox miniqrafiyalar yazsa da AMEA – nin 20 ildən çox müxbir üzvü olsa da , Həqiqi üzv keçmək üçün rəhmətliyin mənə söylədiyi ( məndən həqiqi üzv keçmək üçün akademiyada Əlizadənin adamları iki yüz min pul istədilər ) sözlərdə həqiqət olmuğuna bəzən inanmağım da gəlməyə başlayır. Ćünki bir sećki ərəfəsində deputatlarımız dəbə düşərək professor ola bilirlər, prezident administrasiyasında lövbər salanlar niyə də akademik olmasınlar? Amma Əli Həsənovun paxırı açılmasaydı o da tezliklə akademik olardı.
Yadıma bir sohbət düşdü. Respublika qəzetində məsul katibin müavini vəzifəsində çalışırdım.
” Cinaslı rübailər” miniatur kitabımın redaktoru və ön söz müəllifi olmuş BDU – nin professoru, mərhum Qara Namazovla kabinetində söhbət edirdik. Onu da qeyd edim ki BDU – nun görkəmli professorları Abbas Abbasovla, Sabir İbadovla , Misir Rəhimovla, Bəkir Nəbiyevlə , Famil Mehdiylə , Cahangir Zeynalovla ,Bayram Allahverdiyevlə , Bayramovla , Budaq udaqovla , A uzər Xələfovla , Zahid Məmmədovla, Bəkir Nəbiyevlə , dosent Mənsur Əhmədovla ( bu siyahını çox uzatmaq olar) tez- tez mehriban və səmimi görüşər , bir ćoxlarının məqalələrini ” Respublika ” qəzetində dərc etdirərdim .
Cəfakeş alim olan Qara Namazov ( hər iki Qara müəllimlə mehriban münasibətim var idi) bir gün söhbət əsnasında dedi : Rauf, cinaslı rübailərin çox xoşuma gəldi . Başlığın belə yazdım ” Cinasda məharət”.Uzdə olan bir naşı professorun bir vərəq əlyazmasında 29 hərf səhfi taparaq Teymur Əhmədova gileylənsəm də, redaktorum gülüb fikir vermə demişdi .Söhbət əsnasında son dərəcə savadlı, məntiqli, dünyagörmüş alim Qara Namazovla ehtiyyatla danışaraq müsahibə al.aq istədim.
Elm fədaisi ani fikrə gedərək dedi :
– Əgər mən bilsəydim ki elm bu qədər ucuzlaşır, çətinliklə də sa müdafiə edib alim olmazdım.İndi dünən yerindən duran bu gün professor olur. Keçmiş sovetlər birliyi də hər kəs tezliklə müdafiə edə bilməzdi.
Mən isə bildirdim ki, o dövrdə polkovnik rutbəsinə çatmaq üçün bir ömür bəzən kifayət etmirdi. İndi maşallah, generallarımızın sayı göbələk kimi ( apteklər kimi) artsa da erməni quldurları rus imperiyasının köməyi ilə torpağımızın xeyli hissəsini tarix boyu işğal etsə də , Qarabağımıza sahib çıxa bilmirik…
Sözümün canı odur ki, dəyərli insanlara vsxtında dəyər verməyəndə özümüz də dəyərdən düşürük.
Sizi çox yormayım, sadəcə ürəyimi boşaltdım ki bir az təskinlik tapım. Dünyasını dəyişən nakam alimlərimizə rəhmət diləyir, elmə çıraq kimi işıq salan əsl alimlərimizə can sağlığı arzulayıram.Kimin kim olduğunü isə xalqımız gözəl ayırir, əbəs herə deməyiblər ki, xalqın gözü tərəzidir. Tarix ələndikcə nehrə bir yana, yağ da bir yana çıxır.
Onu da bildirim ki, əsl elm fədailərinin işıqlı siması , yazdıqları dəyərli tədqiqat əsərləri, səmərəli fəaliyyətləri qədirbilən ziyalılarımızın qəlbindən uzun illər silinməyəcəklər .

Rauf İlyasoğlu

Alət çubuğuna keç