Beləsinə nə deyək?

Azərbaycan Prezidentinin koronovirusuyla bağlı xalqa müraciəti, dövlət adamlarına , idarə və müəssisə rəhbərlərinə ciddi tapşırıqları hər birimizin ürəyindən xəbər verir. Yoluxucu xəstəliklərin qarşısını almaq məqsədi ilə hər bir vətəndaş gigenik qaydalara əməl etməlidir . Bəzən bir çox düşüncəsiz insanlar bu məsuliyyəti başa düşmür, burunlarına taxdıqları adi qoruyucu maskaları istifadə etdikdən sonra yerə tullayır, açıq blokların girəcəyinə atmaqla infeksiya yayırlar .
Bu gün səhər tezdən yasadığım binanın dördünçü mərtəbəsindən enərkən pilləkənlərin üzərində iki ədəd qoruyucu maskaya rast gəldim və kağızla bükərək aparıb zibil qutusuna tulladım.
Üzümü elə insanlara tutub deyirəm: Siz belə hərəkətlərinizlə infeksiya yayırsınız. Adi təmizlik qaydasına əməl etməyənləri xəstəlik daha tez tuta bilər.
Beləsinə nə deyək?
Odur ki, hər kəs təmizliyə , gigenik – intizam qaydalarına əməl etməlidir.
Vicdanınızın səsinə qulaq asın. Qribsinizsə, agzınızı tutun, asqıranda və ya öskürəndə təmiz dəsmaldan istifadə edin. Görüşərkən çalışın bir- birinizə əl verib öpüşməyin.
Qurani Kərimdə yazılanları göz önünüzə gətirin. Təmizlik sağlamlıqdır .
Odur ki, özünuzü qorumaqla hər kəs xəstəliyə qalib gələ bilər. Ümümiyyətlə virus oldu olmadı, heç kəsə bəraət verilmir ki, yerə nə gəldi tullayaq və şəhərimizi zibilləyək.Üzümü o qanmazlara tutub deyirəm:
Bir daha belə vicdansız hərəkətlərə yol verməyin.
Rauf İlyasoğlu

Alət çubuğuna keç