Beynəlxalq Astronomiya İttifaqının üzvü “Yeni Müsavat”a nələr dedi?

Yerə nəhəng asteroid yaxınlaşır. Dünya mediası yazır ki, astronomlar onun Yerlə toqquşma ehtimalını istisna etmirlər. Asteroid planetimizə aprelin 29-da daha çox yaxınlaşacaq.

Bu vaxt o, Yerdən 6,29 milyon kilometr məsafədə olacaq. Bu isə Yer kürəsindən Aya qədər olan məsafədən 16 dəfə çoxdur.

Buna baxmayaraq, asteroidin təhlükəli hesab olunmasının səbəbi onun uçuş trayektoriyasının Yer orbitinə keçməsi ilə əlaqədardır.

O, Günəş ətrafında 3,68 il ərzində tam dövr edir. NASA-dan bildirilib ki, 1998-ci ildə aşkar edilmiş kosmik obyektin diametri 1,8-4,1 kilometrdir.

Asteroidlər – Günəşin ətrafında Yer kürəsi kimi orbitlə hərəkət edən kiçik cisimlərdir. Daha böyük asteroidlər – planetoidlər və ya kiçik planetlər adlandırılır, daha kiçik asteroidlər isə – meteor gövdələridir.

Yuxarıdakılardan biri bizim planetin atmosferinə daxil olanda o, meteor olur. Bir çox meteor atmosferin içərisindən sürətlə keçərkən parçalanaraq axıra qədər yanırlar.

Ekspertlər risk dərəcəsini müəyyən etməyə, eyni zamanda Yer kürəsi və planetin sakinlərini asteroidlərin təhlükəsindən qorumağın yollarını araşdırır.

NASA Yer kürəsinə yaxın ölçüsü bir kilometrdən böyük olan asteroidlərin 95 faizini kataloqlaşdırıb. Agentlik bildirir ki, bu ölçüdə planetə gələcəkdə təhlükə törədən heç bir asteroid mövcud deyil.

Namiq Cəlilov ile ilgili görsel sonucu

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov “Yeni Müsavat”a bildirdi ki, insanların narahat olmasına əsas yoxdur, planet üçün heç bir təhlükə gözlənilmir. N.Cəlilovun sözlərinə görə, asteroidin trayektoriyası başqadır.

Rəsədxana direktoru qeyd etdi ki, onlar NASA-nın materialları əsasında nəsə deyə bilirlər: “Bizim kometlər, asteroidlərlə bağlı mütəxəssislərimiz var. Bu gün Yer üçün apreldə gözlənilən kometin təhlükəsi yoxdur. Yəni həmin asteroid yaxınlaşarkən cisimlər toqquşmayacaq”.

Beynəlxalq Astronomiya İttifaqının üzvü, AMEA-nın müxbir üzvü Əyyub Quliyev isə “Yeni Müsavat”a söylədi ki, asteroidin Yerlə toqquşma ehtimalı yoxdur.

Ə.Quliyev dedi ki, xüsusi asteroidlər var: “Onlar Yerin orbitinə daha yaxındır. Məsələn, Apofis adlı asteroid var, Yerə tez tez yaxınlaşır.

Hətta bununla bağlı beynəlxalq konfans keçirilməliydi. Amma koronavirus təhlükəsi ilə əlaqədar təxirə salındı.

Həmin asteroid Yerə Aydan da yaxındır. Ancaq onun yaxın vaxtlarda yaxınlaşması gözlənilmir və 2029-cu ildə yaxınlaşma ola bilər”.

Yerə nəhəng asteroid ile ilgili görsel sonucu

Apofis Qədim Misir əfsanəsində dəhşət iblisidir.  Kosmosda bir asteroidə məhz bu ad verilib. Elmi hesablamalara görə, bu asteroid planetimizi məhv edə biləcək gücdədir.

Sonuncu dəfə Apofis 2012-ci ilin yanvarında planetimizin orbitinin yanından keçib. Nəhəng kosmik daşın milyonlarla ton çəkisi var. 320 metr diametri olan səma cismində 65 min nüvə bombasının enerjisi var.

Apofis 2012-ci ildə Ay və Yerin ortasından keçdi. Amma növbəti dəfə 2029-cu ildə planetimizin yanından keçəcək. 2036-cı ildə isə Yerə maksimum, yəni 38 min km yaxınlıqdan keçəcək.

Nəhəng asteroid planetimizlə toqquşmasa da, atmosferə güclü təsir edəcək, Yerdə anomal təbiət hadisələrinə səbəb olacaq. Yer qravitasiyasının təsiri ilə kosmik cism o qədər yaxınlaşacaq ki, Yeri asanlıqla orbitindən çıxara bilər.

Günəşdən minimal aralanma isə planetimizdə tempratur rejiminin aşağı düşməsinə səbəb olacaq. Bu isə bütün flora və faunanı məhv edə bilər.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Alət çubuğuna keç