“Veteran Tankçılar” İctimai BirliyiXocalı Ana Fəryadı AbidəsiniZiyarət etdilər


25 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş,
Azərbaycan Respublikasının Milli Qəhrəmanları Albert Aqaronov, Şövqiyar Abdullayev, Əsəd Əhmədov, Azərbaycan Bayrağı Ordenli Əhməd Mehrəliyev,
Qabil Süleymanovun döyüş yoldaşları, dostları- bir qrup tankçılar Xocalı faciəsinin anım gününü qeyd etdilər.
Belə ki, “Veteran Tankçılar” İctimai Birliyi və Azərbaycanin dağ yəhudilərinin dini icmasinin Sədri və uzvlərin təşkilatciliği ilə Xocalı faciəsini özündə əks etdirən Xocalı menomentini (Ana Fəryadı) abidəsinin önünə əklik qoyaraq, Xocalı Şəhidlərinin ruhlarına dualar oxudular. “Veteran Tankçılar” İctimai Birliyinin sədri Hacı Əzimov və icmanin sədri Melix Yevdayev  cxiş edərək 28 il bundan əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qal­mış 366-cı motoatıcı alayın hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yeti­rilmişdir. Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən bu soyqırımı nəticəsində rəsmi rə­qəm­lərə görə, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə ta­ma­milə məhv edilmişdi. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfərin taleyi indiyə kimi naməlumdur. Dağ yəhudilərinin dini icmasinin Sədri Melix Yevdayev qeyd etdi ki,  Azərbaycan tarixinin ən qanlı səhifəsi olan Xocalı faciəsinin və  ölkəmizdə hər il yad edilir. Xocalı faciəsi Ermənistanın Azərbaycana qarşı törətdiyi qətliamın kulminasiya nöqtəsidir.  Baş vermiş faciələri unutmaq yeni fəlakətlərə səbəb ola bilər, ona görə də yaşanmış faciələri xatırlayıb nəticə çıxararaq, gələcəyə baxmaq lazımdır.
Veteran Tankçılar torpaqlarının azadlığı uğrunda Ali Baş Komandanımızın əmrinə hər an hazır olduqlarını bildirdilər.

Alət çubuğuna keç