Xocalı bizi səsləyir

Şəhid adı daşıyan 1- ci sinif şagirdi İslam ilə Şuşa Dövlət Musiqili Dram Teatrında sərgıdə tanış olduq. Teatrın aktyorları Xocalıya Ədalət kompaniyası çərçivəsində ” Xocalı bizi səsləyir adlı ” layihəsi əsasında elə təsirli çıxışlar edərək , kompozisiyalar qurdular ki, qəlbim sızladı. Peşəkar səviyyədə ədəbi bədii faciəvi kompozisiya qurulmusdu. Aktyorlar , başda Teatrın direktoru Yadigar Muradov olmaqla necə təsirli canlı səhnə hazırlamısdılarsa, tamaşaçılar göz yaşları ilə baxıb , təsirlənirdilər.
Yanaşı əyləşdiyimiz şəhid baçısı Naibə.Behbudova və Azərbaycan İraq Mədəni Əlaqələr içtimai birliyinin sədri, Şuşa həsrətli Tahirə Məmmədova daha çox təsirənmisdilər . Meksikalı səfirliyin nümayəndəsinə tədbirin layihə rəhbəri Aygün İsgəndərova ingilis dilində sərbəst danısaraq Xocalı faciəsi ilə bağlı ətraflı məlumat verdikcə , diplomat dəhsətə gələrək ermənilərin amansız hərəkətlərindən , insanlığa sığmayan fitnəkarlıqlarından çox əsəbləsdiyinin sahidi olurduq.
Şusalı aktyorların çıxışı həqiqətən də ən yüksək fəxri mükafatlara layiqdır .
Azərbaycan Ressamlar İttifaqinin üzvləri Aygün və Elnurə İsgəndərova bacıları , eləcə də Yasamal rayon Heydər Əliyev mərkəzinin direktoru Naminə Ömərova və Şusa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov çıxışlarında Xocalılara qarşı ermənilərin törətdiyi soyqrıma siyasi qiymət verilməsini bildirdilər. Çıxış edənlər xüsusilə vurğuladılar ki, Heydər Əliyev Fondunun Vitse Prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə Xocalı soyqrımı tutarlı faktlarla bütün dünyaya tanıdılır və vidiolar , kitablar , canlı sahidlərin danısıqları dünyanın əksər dövlətlərində yayılaraq insanları məlumatlandırırlar , tədbirlər təşkil edirlər.
1992- ci ilin fevral ayınin 25- dən 26 na keçən gecə 366 ci yarı rus , yarı erməni alayı Azərbaycanın qədim səhəri olan Xocalı səhərini yerlə yeksan edərək minlərlə günahsiz körpələri, qocaları , qadınları, günahsız əliyalın Azərbaycanlıları kutləvi surətdə xususi amansızliqla qətlə yetirdilər.
Xocalilara ilk qucaq açan 6 mindən çox səhid vermiş Ağdam camaatı oldu . Şəhid Milli Qəhrəmanımiz Allahverdi Bağırov minlərlə xocalı əsirlərin həm ölusünü, həm də dirisini düşmənlərdən azad etməklə həmin illərdə on xarici işlər nazirliyinin gördüyü isi yerinə yetirməklə əsl vətənpərvərlik, cəsarət , mərdlik göstərdi. Qəhrəman ogulların arasında Xocalıda fotomuxbirlər Seyidaga Mövsumovun və Çingiz Mustafayenin həmin faciəli kadrların çəkilməsində şərait yaradan səhid qəhrəmanımız Allahverdi Bağırovun xidmətlərini unutmaq ən azı biganəlik və vicdansızlıq olar. Xocalılar Allahverdi Bağırovun ruhuna borcludurlar.
Onu da qeyd edim ki , həmin illərdə Agdamın Uzun dərə deyilən ərazisində Xocalı qəbirsanligı salınmısdı və 1992- ci illərdə mindən çox xocalılar bu məkanda dəfn olunmusdular.
Qarabağ müharibəsində 4 mindən çox azərbaycanlılar ermənilər tərəfindən əsir götürülmüş və bu gün də onların taleyindən xəbər yoxdur.
Bəzi mənbələrə görə Yerevan Atom Elektrik stansiyasında zərərli işlərdə işlədilən Azərbaycanlılar dunyasıni dəyisərkən elə oradaca dəfn edilir, əsirlərimiz erməni manyakları tərəfindən zəncirlərə bağlanaraq ac – susuz acınacaqlı vəziyyətdə işlədilirsə, bizim dözməyə, gözləməyə və belə yaşamaga , deyib gulməyə haqqımız yoxdur.
Dünya xalqları Xocalı soyqrımına siyasi qiymət verməli və isğalçı ermənilərin təcavüzkar siyasətinə son qoyulmalidır .
Onu da qeyd edim ki , biz tezliklə torpaqlarımızı yağı taptağından azad etməli və köçkünlərimiz doğma yurdlarına qayıtmalıdırlar .
Olduqca maraqlı və əhəmiyyətli keçən tədbirdə media nümayəndələri , sair və yazıçılar, muharibə veteranları, səhid ailələri təşkilat rəhbərləri istirak edirdilər .

Rauf İlyasoğlu.
” Həkəri ” qəzetinin baş redaktoru

Alət çubuğuna keç