“Bizim A, B, C planlarımız hazırdır” – Türkiyədən rəsmi Moskvaya “sizinlə üz-üzə gəlmək istəmirik” mesajı verildi

Bu gün İdlibdə şəhid olan 2 türk əsgərinə qarşılıq olaraq 50 suriyalı əsgəri zərərsizləşdirdiklərini elan edən Türkiyənin Millli Müdafiə naziri Hulusi Akar Suriyada Rusiya ilə üz-üzə gəlmək niyyyətlərinin olmadığını bəyan edib.

Mia.az xəbər verir ki, Akar “CNN Türk”ün efirində yayımlanan “Gecə Görüşü” proqramında Rusiya ilə İdliblə bağlı dialoqun davam etdiyini deyib: “İdlibdə güc sərf etmək daxil, atəşkəsi təmin edəcəyik. Bizim A, B, C planlarımız hazırdır, yeri gəldikcə, tətbiq olunacaq. Biz Soçi razılaşmasının arxasındayıq, sadəcə tərəflər (Rusiya və İranı nəzərdə tutur -red) buna əməl etsin”.

Rusiya ilə münasibətlərin İdlibdə necə tənzimlənəcəyi haqda suala gəldikdə isə, nazir deyib ki, “bizim Rusiya ilə qarşı-qarşıya gəlmək niyyətimiz yoxdur”.

Mia.az

Alət çubuğuna keç